Yuxarı

Avropa Oyunlarına kimlər pulsuz bilet ala bilər?

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Oyunlarına kimlər pulsuz bilet ala bilər?

Bakıda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasiminə giriş biletləri artıq bitib. Satışa yeni biletlərin çıxarılması və təşkili nəzərdə tutulmayıb.

Bu sözləri Axar.az-a Bakı-2015-in məlumat xəttindən oyunlara və bağlanış mərasiminə biletlərin qalıb-qalmaması ilə bağlı açıqlama verərkən bildirdilər.

Məlumat mərkəzindən bildiriblər ki, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün oyunlara bilet satışı həyata keçirilir və hər oyun üçün kassalarda bilet var.

Ümumilikdə, ictimaiyyətə Bakı-2015 Avropa Oyunları ilə bağlı 280-dən çox yarış sessiyası üçün təxminən 600,000 bilet satışı nəzərdə tutulur.

Oyunlar üçün isə iki cür bilet növü nəzərdə tutulub: oyunlardan və yerlərdən asılı olaraq qiyməti müxtəlif olan biletlər və pulsuz biletlər.

Pulsuz biletlər 16 yaşdan aşağı uşaqlara, fiziki məhdudiyyətli tamaşaçılara və onları müşayiət edən şəxslərə aiddir ki, onlar bu biletləri yalnız Şəhər Bilet Satışı Kassalarından və Oyunlar vaxtı Yarış Obyektində olan Bilet Satışı Kassalarından əldə edilə bilər.

Bilet alışı zamanı fiziki məhdudiyyəti bildirən şəxslər onlar üçün ayrılmış sahələrdə mövcud olan oturcaqlarda yerləşdirilir və yaxud əlil arabası üçün yerlə təmin olunurlar. Fiziki məhdudiyyəti olan şəxslər pulsuz bileti əldə edən və yarış obyektinə daxil olan zaman məhdudiyyətlərini təsdiq edən xüsusi tibbi sənəd təqdim etməlidir. Əks təqdirdə yarış obyektinə buraxılmayacaq və tam ödənişli bilet almaq üçün Bilet Kassasına yönləndiriləcəklər.

Güzəştli biletlər isə Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında 2-16 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Sözügedən yerlərdə keçirilən oyunlar üçün 2 yaşdan aşağı olan uşaqlar (28.06.2013-cü il və ya ondan sonra doğulmuş) üçün bilet tələb olunmur. Valideyn və ya himayəçi şəxs uşağın yarış obyektində yer tutmamasını təmin etməli və onu qucaqda tutmalıdır.

Tarix
2015.06.18 / 15:58
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

Babişin Azərbaycana səfəri başa çatdı - Foto

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla