Yuxarı

Döyülən rektor qızı: “Başqalarını tənqid etmək…”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyülən rektor qızı: “Başqalarını tənqid etmək…”

"Bu kampaniyaya məmnuniyyətlə qoşuluram".

Axar.az xəbər verir ki, bu fikri Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva Feysbuk səhifəsində yazıb.

İctimai yerdə tanışları tərəfindən döyülməsi ilə gündəmə gələn rektor qızı azərbaycanlı idmançı Həsən Əliyevin erməniyə uduzmasına irad tutanlara sərt cavab verib. Ü.İsayeva yazıb ki, heç bir iş bacarmayanların başqalarını tənqid etməsi qınanmalıdır.

İdmançımızın məğlubiyyətini qınayanlara deputatlardan - Siyavuş Novruzov, Fazil Mustafa, Adil Əliyev də cavab veriblər. Onlar bunu məntiqsiz irad kimi qiymətləndirib və Avropa Oyunlarının bir yarış olduğunu qeyd ediblər. Bu kampaniyaya Ü.İsayeva da qoşulduğunu açıqlayıb. Yada salaq ki, martın 8-dən 9-na keçən gecə, saat 4 radələrində küçənin ortasındaca döyən qardaşlardan biri - Zaur Məmmədov barəsində seçilən 2 aylıq həbs-qəti imkan tədbirinin müddəti başa çatıb.

Martın 18-də həbs edilən Z.Məmmədovun azadlığa buraxıldığı, zərərçəkmişin isə şikayətini geri götürdüyü bildirilir. Məlumatda işin məhkəməyə göndərilmək üçün hazır olduğu və rektor qızını döyənin bundan sonrakı cəzasını cərimə ödəməklə başa vuracağı da qeyd olunub. Ülkərlə Zaur arasında sevgi münasibətləri olduğu da mətbuatda xəbərlər arasında yer alıb.

Tarix
2015.06.18 / 16:26
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla