Yuxarı

Fəridə Əzizova: “Xalqımla qürur duyuram”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fəridə Əzizova: “Xalqımla qürur duyuram”

Finala yüksələn Azərbaycan taekvondoçusu Fəridə Əzizova (-67 kq) qızıl medalın bir addımlığında isveçli Elin Yohansonla keçirdiyi yarımfinal döyüşü barədə təəssüratlarını bölüşüb.

Axar.az xəbər verir ki, Fəridə Əzizova Avropa Oyunlarına Yanvarın 5-dən hazırlaşdığını deyib:

"Bundan öncə dünya çempionatında və bir neçə turnirdə iştirak etməyimə baxmayaraq biz artıq keçən ildən bilirdik ki, ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Hər bir yarış öz yerində, amma psixoloji olaraq bu yarış üçün xüsusi hazırlaşırdım. İnanırdım və özümə söz vermişdim ki, əz azından final döyüşünə qədər gedib çıxacağam. Onu deyə bilərəm ki, artıq finaldayam və özümlə, mənə dəstək olan xalqımla qürur duyuram. Azarkeşlərə öz təşəkkürümü bildirirəm, arenaya çıxanda gurultulu alqışlarla mənə güc verib dəstək oldular. Bu artıq rəqiblərə psixoloji olaraq təsir göstərir və döyüşdən qalib çıxıram.

F.Əzizova onu da qeyd edib ki, yarımfinaldakı isveçli rəqibi reytinqdə birinci olsa da, onunla bir neçə dəfə qarşılaşdığından Yohansonun taktikasına bələd olub: "Dörddəbir finalda türk idmançısı Nur Tatara nisbətən isveçli idmançı ilə yarışım mənə daha asan gəldi".

O, türkiyəli idmançı ilə yarışından danışıb: "Eyni çəki dərəcəsində döyüşsək də, heç vaxt qarşılaşmamışıq. Son 1 ay ərzində mübarizə aparmışıq. Türkiyə bizə dost ölkədir, Nur Tatarla mənim də dostluq münasibətim var. Onunla mübarizə mənə daha çətin oldu. Dünya və Avropa çempionudur".

Tarix
2015.06.18 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla