Yuxarı

Taekvondoçularımız Avropanın ən güclüsüdü - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taekvondoçularımız Avropanın ən güclüsüdü - Yeniləndi

Bu gün Avropa Oyunlarında taekvondo yarışlarına yekun vurulacaq.

Axar.az xəbər verir ki, yarışların son günündə 2 çəki dərəcəsində idmançılarımız qüvvələrini sınayacaq.

Kişilər arasında +80 kq çəkidə təmsilçimiz Radik İsayev 1/4 finalda holland Ceron Vanrui ilə mübarizə aparacaq. Görüş 15:15-də başlayacaq.

Qadınlar arasında +67 kq çəkidə Mariya Tedeyeva ilkin mərhələdə ukraynalı Marina Koniyeva ilə üz-üzə gələcək. Qarşılaşma saat 10:15-də start götürəcək.

10:22

Mariya Tedeyeva ilkin mərhələdə ukraynalı Marina Koniyeva ilə görüşüb. Tedeyeva rəqibinə 10-4 məğlub olub.

15:13

Radik İsayev 1/4 finalda holland Ceron Vanrui ilə mübarizə aparır.

15:22

Radik rəqibinə 8-6 qalib gələrək yarımfinala yüksəlib.

***

Radik İsayev yarımfinalda 1/4 finalda sloveniyalı İvan Konrad Traykoviçlə qarşılaşacaq. Görüş 17:15-də başlayacaq.

17:10

Radik İsayev yarımfinalda sloveniyalı İvan Konrad Traykoviçlə qarşılaşır.

17:18

Radik İsayev rəqibinə 17-2 qalib gələrək finala yüksəlib.

22:24

Radik İsayev rusiyalı rəqibi ilə qızıl uğrunda döyüşür.

22:37

İsayev rusiyalı rəqibinə son saniyələrdə qalib gəlməyi bacardı 4-3. Bununla ölkəmi 13-cü qızıla sahib çıxdı.

Tarix
2015.06.19 / 22:37
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla