Yuxarı

Gedib meydanlarda özlərini söydürürdülər ki... - Üç fikir

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gedib meydanlarda özlərini söydürürdülər ki... - Üç fikir

Yazıçı və şairlər Kult.az-a “Tənqidlə təhqirin sərhədi” barədə danışır.

Şair Aqşin Yenisey: Tənqid və təhqir şəxsiyyətin və qarşıya qoyulan hədəflərin böyüklüyünə, kiçikliyinə görə müəyyən olunur. Şəxsiyyətin mənəvi çəkisi yüngül, hədəfləri günlük və şəxsidirsə, onun üçün tənqidlə təhqirin heç bir fərqi yoxdur. Keşmiş zamanlarda Allaha qovuşmaq üçün öz eqolarından xilas olmağa çalışan sufilər hətta bilərəkdən özlərini bazarlarda, meydanlarda təhqir etdirirdilər ki, özlərində şəxsi olan heç bir şey qalmasın. Yəni demək istəyirəm ki, tənqidin və təhqirin sərhədi yoxdur, şəxsiyyətin cılızı və nəhəngi var.

Yazar Şəfiqə Şəfa: Tənqid və təhqir fərqli şeylər olsa da, təəssüf ki, son vaxtlar ikisi bir-birindən ayrılmayacaq həddə gətirilib. Tənqid yanlışları ədəb qaydaları çərçivəsində göstərmək və bunu sübut etməkdir. Əlbəttə, hər kəs tənqidi rahat qəbul etmir. Amma bu, daha çox tənqid olunanın gələcəkdə püxtələşməsinə gətirib çıxarar. Məhəmməd peyğəmbərin gözəl deyimi var: “Dostun ən yaxşısı eyibləri üzə deyəndir”. Təhqir isə tənqidin tam əksidir. Qəbulolunmazdır. Üstəlik, təhqir təhqirə yol açar. Ancaq maraqlıdır ki, bu ikisinin qarışıqlığını yaradanlar əslində aradakı fərqin böyüklüyünü anlayanlardır. Sadəcə olaraq, təhqir tənqiddən daha çox işə yaradığından onu “tənqid” adı ilə insanlara sırıyırlar. Çünki bəziləri təhqir yolu ilə gündəmə gəlirlər və belə hallar getdikcə artmaqdadır. Xüsusən də görkəmli ədəbi, tarixi şəxsləri hədəfə almaq belələrinə daha çox “fayda” verir. Dırnaq arasında qeyd etməyim məqsədlidir, çünki belə fayda təhqiri seçənlərin işinə olsa-olsa müvəqqəti yaraya bilər. Müəyyən müddət keçəndən sonra təhqir edənlər özləri təhqir olunurlar. Bu da ilahi ədalət!

Şair Həyat Şəmi: Tənqid tənqiddir, təhqir də təhqir. Məfhumların adından və mahiyyətindən bəllidir. Tənqid etmək hər zaman vacib və əhəmiyyətlidir. Tənqidin, analizin, təhlilin yaradıcılığa müsbət mənada təsiri olur. Təhqir isə qeyri-etiklikdən, necə deyərlər, tərbiyəsizlikdən xəbər verir. Tənqidə açıq olan insanlar özgüvənli insanlardır.

Tarix
2017.10.14 / 00:58
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla