Yuxarı

Xalq yazıçımız nüfuzlu fondun fəxri üzvü seçildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq yazıçımız nüfuzlu fondun fəxri üzvü seçildi

Xalq yazıçısı, akademik Kamal Abdulla Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib.

Kult.az xəbər verir ki, bununla bağlı qərar Fondun İdarə heyətinin iclasında qəbul edilib.

Fondun rəhbəri Sərhat Kabaklı Bakıda fəxri üzvlük diplomunu Kamal Abdullaya təqdim edib. O, qeyd edib ki, Türk Ədəbiyyatı Fondu milli düşüncəni qoruyan, bu düşüncəni təbliğ edən əsərlərin dünyada yayılmasını həyata keçirən qurumdur:

“Fondun fəxri üzvləri arasında təkcə ədəbiyyatçılar yox, siyasi xadimlər də var. Alparslan Türkeş, Rauf Denktaş, Süleyman Dəmirəl kimi siyasi xadimlər, Oljas Süleymenov, Anar kimi məşhur yazıçılar Fondun fəxri üzvləridir. Bu gün bizim fəxri üzvlərimiz sırasında Kamal Abdulla kimi böyük yazıçı və alimin olması əlamətdar və gözəl hadisədir. Siz daha böyük mükafatlara, daha böyük adlara layiqsiniz. Təbrik edirəm, uğurlu olsun”.

Xalq yazıçısı Kamal Abdulla onu Türk Ədəbiyyatı Fondu kimi nüfuzlu qurumun fəxri üzvlüyünə seçdiklərinə görə qurumun rəhbəri Sərhat Kabaklıya, məsul əməkdaşları İmdat Avşar və Bəxtiyar Aslana təşəkkürünü bildirib:

“Ümid edirəm ki, bundan sonra əməkdaşlığımız və birgə fəaliyyətimiz daha da sıx olacaq, Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacağıq”.

Tarix
2020.12.09 / 17:58
Müəllif
Kult.az
Digər xəbərlər

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla