Yuxarı

Naxçıvan polisindəki kadr dəyişikliyinin əsl səbəbi - ÖZƏL

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan polisindəki kadr dəyişikliyinin əsl səbəbi - ÖZƏL

"Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə gətirilən Cavid Qasımov təyinatdan dərhal sonra ciddi kadr islahatına başlayıb. Artıq Cinayət Axtarış İdarəsinin rəisi, müavinləri və 20-yə yaxın əməkdaşı tutduğu vəzifəsindən azad edilib".

Bu barədə Naxçıvan Şəhər Polis İdarəsindəki dəyişikliklə bağlı "Axar.az"a daxil olan özəl məlumatda bildirilir. Məlumatda göstərilir ki, şəhər polis idarəsindəki vəzifə dəyişikliyinin əsas səbəbi bir ay bundan əvvəl baş vermiş cinayətin hələ də açılmamasıdır.

Mənbə bildirir ki, bir ay öncə Zoya adlı qadının öz evində öldürülməsindən sonra cinayətin üstünün açılmaması Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədovu narahat edib. Belə ki, qətl hadisəsindən sonra öldürülən Zoya adlı qadının oğlu Elmar şübhəli şəxs qismində saxlanılsa da, həmin şəxsin cinayətdə iştirakını təsdiqləyəcək və ya onun həbs müddətini uzadacaq heç bir fakt olmadığından, o, azadlığa buraxılıb. Bundan sonra onun pul verərək cinayəti ört-basdır etməsi ilə bağlı müxtəlif söz-söhbətlər gəzməyə başlayıb.

Söz-söhbətlərə son qoymaq üçün nazir Əhməd Əhmədov qətlin üstünün qısa müddətdə açılmasına göstəriş verib. Amma verilən vaxt tamam olsa da, qatil tapılmayıb və buna görə də nazir dəyişikliklə bağlı qərar qəbul edib.

Xatırladaq ki, uzun illər Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş Səbuhi Novruzovun Naxçıvan MR Daxili İşlər Nazirliyinin müavini təyin edilməsindən sonra şəhər polisinin rəisi vəzifəsi boş idi. Babək Rayon Polis İdarəsinin keçmiş rəisini Naxçıvan şəhərinə rəis təyin edən nazir isə ona qurumda ciddi islahatlar aparmağı və işini yarıtmayan işçiləri peşəkar kadrlarla əvəzləməyi də tapşırıb.

Tarix
2014.02.25 / 18:36
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla