Yuxarı

Tokayevdən sülh razılaşmasına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir.

Axar.az xəbər verir ki, bunu həmin ölkənin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb.

Qazaxıstan prezidenti vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub:

“Qazaxıstan da sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların yeri kimi Almatı şəhərini təklif etməklə Azərbaycan və Ermənistan arasında belə mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib”.

Tarix
2025.08.09 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryandan İranla bağlı maraqlı etiraf

ABŞ səfərinin nəticələri: Prezident detalları açıqladı - Video

İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

Bakı və İrəvanın MQ-nin ləğvi tələbinə Fransadan cavab

Ağ Ev Əliyevin qarşılanması ilə bağlı video paylaşdı

Ağ Evdə dilə gətirilən həqiqət: Biz nələr qazandıq?

ABŞ və Azərbaycan arasındakı yeni qurum nə iş görəcək?

Sülh razılaşmasına Britaniyadan reaksiya

Nikol: Buna Azərbaycanın razılığı lazım olacaq

Ağ Ev tarixi görüşün görüntüsünü yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla