Yuxarı

Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan

Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərdə Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı nəzərdə tutulduğu üçün Ermənistan hökuməti Azərbaycanla sülh sazişi bağlanmamışdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentin iclasında müxalif “Ermənistan” blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişinin paraflanmasından sonra ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verməsinin səbəbi məhz bu prinsiplərin təsbit edilməsidir:

“Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə həll olunacağını görəndə qərara gəldik ki, yaranmış fürsəti əldən verə bilmərik. Biz bu beş termini aldıq və sənədi imzaladıq”.

Paşinyan məhz bu səbəbdən sülh sazişinin imzalanmasından sonra Minsk Qrupunun buraxılmasına razı olacaqları haqda əvvəlki istəyindən geri çəkildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, MQ-nin fəaliyyətində faydalı heç nə yox idi.

Tarix
2025.09.10 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan azərbaycanlıların ölümü ilə bağlı açıqlama

Azərbaycanlıların öldüyü gəmilər... - Foto

Son 2 gün: Ermənistanda kim qalib gələcək?

Azərbaycanlıların idarə etdiyi gəmiləri kim vurub? – Video

İsrail ordusunun Azərbaycanda yerləşdirilməsi... - XİN

İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi...

Nazirlər Bakıda toplaşacaq? - Rusiyadan açıqlama

5 azərbaycanlının öldüyü hücum anı - Video

Azovda vurulan gəmidən yeni görüntülər - Foto

Prezidentdən Ətraf Mühit Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla