Yuxarı

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

ABŞ üçün antirusiya sanksiyaları məsələsi onsuz da həssas mövzu idi, indi isə Amerika prezidentinin tələbləri səbəbindən bu məsələ Avropada Rusiya ilə tərəfdaş olan Çinlə münasibətlərin gərginləşməsi təhlükəsini yaradır.

Axar.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.

Nəşr qeyd edir ki, Tramp Moskva ilə münasibətləri qaydaya salmağa çalışır və Avropa müttəfiqlərinin tələblərinə baxmayaraq, sanksiyaları tətbiq etməkdə tələsmir. Avropalılar bunu Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etməyin vasitəsi kimi görürlər.

“Tramp bildirib ki, yalnız bütün NATO ölkələri eyni qərarı qəbul etdikdən və bütün NATO ölkələri Rusiyadan neft alışı dayandırdıqdan sonra Rusiya əleyhinə ciddi sanksiyalar tətbiq etməyə hazırdır. Həmçinin o, Çin mallarına qarşı 50%-dən 100%-ə qədər gömrük rüsumları tətbiq etməyə çağırıb.

Avropada bu tələblər dəstək tapmır. Avropa Birliyi Ağ Ev sahibinin Çin idxalına gömrük rüsumlarının artırılması ilə bağlı şərtləri ilə razılaşa bilmir. Bu, o demək deyil ki, biz heç bir tədbir görməməliyik, amma hələlik həddindən artıq gömrük rüsumları tətbiq etmək olmaz”, – deyə Avropa diplomatı əmin edib.

“Avropalıların Tramp ilə Çinə qarşı birləşəcəyini görmürəm. Avropalılar Pekinlə münasibətlərdə Vaşinqtona güvənməkdə çox çətinlik çəkirlər. Çinlə bağlı siyasətimizin ABŞ-dan asılı olması dəhşətli olardı”, – deyə Siyasi Araşdırmalar İnstitutunun Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Stefani Balm deyib.

Tarix
2025.09.16 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla