Yuxarı

Putinin Əliyevə yanaşmasında mühüm detal - Naumov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Əliyevə yanaşmasında mühüm detal - Naumov

Rusiya və Azərbaycana gəldikdə, bütövlükdə, əlamətlər hələ də nikbindir – görünür, Putin və Əliyev arasında keçirilən görüşdən sonra kompromis əldə olunub.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov Düşənbədə ötən gün İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüşlə bağlı məqaləsində qeyd edib.

“Putin çıxışına təyyarə insidentindən başladı, bu, prezidentin pisləşən münasibətlərin kökündə AZAL reysinin dayandığını etiraf etməsidir. Nəticədə,

Rusiya lideri:

1. Təyyarə qəzasından qısa müddət sonra etdiyi üzrhaqlığı və başsağlığını təkrarladı (Orijinalı: “Российский лидер: Повторил извинения и соболезнования, принесенные вскоре после авиакатастрофы” - red.);

2. O, həm Ukrayna PUA-larının mülki hava limanına hücumunu, həm də təyyarənin raket parçaları ilə vurulmasına səbəb olan hava hücumundan müdafiə sisteminin texniki nasazlığını vurğulayaraq, insidentin texniki halları barədə ətraflı danışdı;

3. Mahaçqalaya təklif olunan enişdən, ekipajın əvvəlcə Bakıya qayıtmaq, sonra isə Qazaxıstana uçmaq qərarı haqda bir daha vurğuladı;

4. Həm iqtisadi əlaqələrin, həm də ümumilikdə müttəfiqliyin əhəmiyyətini ayrıca qeyd etdi.

Ümid edirəm ki, bu əməkdaşlıq sadəcə olaraq bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış sazişi xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

Azərbaycan prezidenti:

1. Hörmətlə, Putini doğum günü münasibətilə bir daha təbrik etdi və on, o cümlədən “dost Rusiya xalqı”na olan xoş arzularını çatdırdı;

2. AZAL təyyarəsi ilə bağlı vəziyyətin araşdırılmasında Rusiya liderinin şəxsən iştirakına görə minnətdarlığını bildirdi;

3. Əliyev xüsusi qeyd etdi ki, münasibətlərin bütün spektri üzrə heç bir yavaşlama və ya geriləmə baş verməyib;

4. O, iki ölkənin cəmiyyətinin onlara göndərilən mesajları müsbət qarşılayacağına ümid etdiyini bildirdi.

Bütövlükdə demək olar ki, Rusiya prezidenti azərbaycanlı həmkarına hədsiz hörmətlə yanaşdı, vurulan təyyarə ilə bağlı vəziyyətin həm şəxsən özü, həm də bütün Azərbaycan üçün vacibliyini etiraf etdi. Əminəm ki, Putin Bakı və Əliyevlə münasibətləri vacib saymasaydı, bunu etməzdi.

Münasibətlərin istiləşməsinin nə qədər ardıcıl olduğunu anlamaq üçün nələrə nəzarət etməliyik:

1. Bakıda həbsdə olan rusiyalı jurnalistlərin taleyinə;

2. AZAL-ın təyyarə qəzasının təhqiqatının yekun nəticələrinə (dekabrda gözlənilir);

3. Hər iki ölkədə media əhval-ruhiyyəsinə: indiyə qədər nisbətən sakitdir, qarşılıqlı ittihamlar dalğası yoxdur”, - o bildirib.

Tarix
2025.10.10 / 12:02
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla