Yuxarı

Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova

Biz Azərbaycanla müxtəlif regional formatlarda sıx əməkdaşlıqda maraqlıyıq.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bakı və Avrasiya İqtisadi İttifaqı arasında dialoqun gücləndiyini görürük. Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsi artıq formalaşmış ənənənin sübutudur. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub.

Biz Bakı ilə qarşılıqlı fəaliyyətimizi müsbət qiymətləndiririk, çünki bu il Azərbaycan MDB çərçivəsində müxtəlif sektorlarda əməkdaşlığımızın çox fəal nümunəsidir. Məsələn, MDB-nin hər üç tematik paytaxtına ev sahibliyi edən Qəbələ, Laçın, Gəncə kimi…” - o vurğulayıb.

Zaxarova qeyd edib ki, Bakının oktyabrın 10-da Düşənbə sammitinin bir sıra yekun sənədlərinə qoşulması təqdirəlayiqdir:

“Onların arasında dövlət başçılarının beynəlxalq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq və Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı bəyanatları da var”.

Tarix
2025.10.15 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla