Yuxarı

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Ramiz Mehdiyevin ardınca sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da həbsi gözlənilir.

Axar.az xəbər verir ki. bu barədə hurnalist Cavanşir Həsənli məlumat yayıb.

O, məlumatda Avropa mediasına istinad edərək bildirib:

“İspaniyanın "Diario de Mallorca" nəşri yazır ki, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib.

Qeyd olunur ki, Azərbaycan Baş Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Bu iş 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəliləri ilə bağlı araşdırmadan fərqlidir.

Məlumata görə, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb, hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş “Prime Design and Patenting SA” adlı ofşor şirkətə məxsus olub. Şirkətin sahibi Sahib Əli oğlu Ağayev Eldar Mahmudovun yaxın adamı hesab olunur. 2014–2015-ci illərdə həmin hesabdan vəsait Anar Mahmudovun nəzarətində olan digər ofşor şirkətlərin hesablarına köçürülüb.

Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib. Eldar Mahmudovun digər qohumu və yaxın əməkdaşı da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilərək digər nazirlik əməkdaşları ilə birlikdə cəzalandırılıb.

Azərbaycan Baş Prokurorluğu qeyd edir ki, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və yaxın ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu pullar daşınar və daşınmaz əmlakların alınmasına sərf olunub.

Komissiya roqatoriyası zamanı əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Azərbaycan Baş Prokurorluğu əlavə edib ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra onun arvadı və uşaqlarının adına rəsmiləşdirilib. O vaxta qədər onların əhəmiyyətli gəlirləri olmayıb”.

Tarix
2025.10.19 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla