Yuxarı

Vaşinqton sazişlərinin tarixi əhəmiyyəti... - Tokayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaşinqton sazişlərinin tarixi əhəmiyyəti... - Tokayev

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğulayıb.

Axar.az xəbər verir ki, Qazaxıstan dövlətinin başçısı Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istədiyini bildirib.

“ABŞ Prezidenti Donald Trampın haqlı olaraq qeyd etdiyi kimi, çox güclü mövqedə olmağınıza baxmayaraq, belə mühüm sənədin imzalanmasına getdiniz və bu, Azərbaycanın və rəhbərlik etdiyiniz Azərbaycan xalqının xüsusi mövqeyindən, öz potensialına inamından xəbər verir. Nümayiş etdirdiyiniz güclü siyasi iradə və strateji baxış mürəkkəb məsələlərin həllinə müdrik yanaşmanın və gələcək nəsillərin taleyi üçün məsuliyyətin parlaq nümunəsi kimi çıxış edir”, - Tokayev əlavə edib.

Qazaxıstan prezidenti həmçinin vurğulayıb ki, iki ölkə arasında əldə olunan razılaşmalar bütün regionda və onun hüdudlarından kənarda əməkdaşlıq üçün yeni üfüqlər açır.

Tarix
2025.10.21 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

İlham Əliyevin qərarını alqışlayırıq - İrəvan

Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla