Yuxarı

Yeni nəsil investiya imkanı artıq “Rabita mobile”də

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni nəsil investiya imkanı artıq “Rabita mobile”də

Rabitəbank müştərilərinə əlavə qazanc fürsəti təqdim edir!

Artıq Rabita Mobile tətbiqində Rabita Invest xidməti aktivdir, bu isə o deməkdir ki, investisiyaya başlamaq üçün nə filiala getməyə, nə də uzun sənədləşmə proseslərindən keçməyə ehtiyac yoxdur.

Sadəcə SİMA rəqəmsal imza ilə bir neçə addımda hesab yaradaraq investisiya dünyasına qoşula bilərsiniz. İndi ABŞ birjalarında yer alan Tesla, Microsoft, Nvidia, Apple və digər minlərlə beynəlxalq şirkətin səhmlərini, eyni zamanda ETF-ləri həm tam, həm də hissəvi şəkildə almaq mümkündür.

İnvestisiyalara başlamaq üçün AZN, USD, EUR valyutalı Kartmane kartınızdan və ya Rabitəbank hesabınızdan istifadə edə bilərsiniz. Sadə interfeys sayəsində portfelinizi izləmək, şirkətlər haqqında məlumat əldə etmək, dividendləri nəzarətdə saxlamaq və bazar dəyişikliklərini anında görmək indi daha rahatdır.

Rabitəbank yaxın dövrdə investisiya xidmətinin funksiyalarını və bazar imkanlarını daha da genişləndirməyi planlaşdırır. Məqsəd, hər bir müştərinin maliyyə savadlılığını və gəlir imkanlarını artırmaq, investisiyanı gündəlik bank təcrübəsinin bir hissəsinə çevirməkdir.

Rabita Mobile ilə investisiya sadə, rahat və təhlükəsizdir!

Siz də Rabita Mobile tətbiqini yükləyin, Rabita Invest xidmətindən faydalanın və gəlir gətirən qərarlarınızı bu gündən verin.

Rahat bankçılığın üstünlüklərini Rabita Mobile ilə hiss edin!

Qeyd edək ki, hal-hazırda Rabitəbank ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.10.21 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

İlham Əliyevin qərarını alqışlayırıq - İrəvan

Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla