Yuxarı

Yaxın Şərqdə Türkiyənin liderliyi: Ərdoğan hər kəsi məyus etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqdə Türkiyənin liderliyi: Ərdoğan hər kəsi məyus etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Qəzza razılaşmasını Ankara üçün təsir alətinə çevirib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

“Bir vaxtlar Vaşinqton üçün problem olan Türkiyənin HƏMAS-la əlaqələri geosiyasi aktivə çevrilib. HƏMAS-ı Trampın Qəzza sövdələşməsini qəbul etməyə inandırmaqla Ankara İsraili və onun ərəb rəqiblərini məyus edərək Yaxın Şərq səhnəsində özünü yenidən təsdiqlədi. ABŞ prezidentinin israilli girovları azad etmək və razılaşma barədə ultimatumuna müqavimət göstərən HƏMAS liderləri yalnız siyasi himayədar hesab etdikləri Türkiyə onları Amerika planı ilə razılaşmağa çağırdıqda təslim oldu. Ankaranın mesajı aydın idi: şərtləri qəbul etməyin vaxtı gəldi. Ərdoğanın Qəzza sənədini imzalaması Türkiyənin Yaxın Şərqdə mərkəzi rolu öz üzərinə götürmək istəyini gücləndirdi, o, bu statusu tez-tez Osmanlı dövründəki əlaqələrə və liderliyə istinad edərək, geri almağa çalışır. Artıq müqavilə bağlandıqdan sonra Türkiyə ABŞ-la ikitərəfli münasibətləri də daxil olmaqla, fayda əldə etməyə çalışır”, - mənbə bildirib.

Tarix
2025.10.21 / 16:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla