Yuxarı

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Azərbaycanın bu addımı təqdirəlayiqdir, bu, alternativə malik olacağımız deməkdir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Kartoqraf Azərbaycanın məhdudiyyətlərinin qalxmasından sonra Ermənistanın yalnız Gürcüstan üzərindən keçən yoldan asılı olmayacağını vurğulayıb.

“Əlbəttə, bu, təqdirəlayiq və mühüm addımdır. İndi Azərbaycan Ermənistan üçün alternativdir. Çünki Ermənistan bir yoldan - Larsdan (Gürcüstandan Rusiyaya gedən dağlıq yol - red.) asılı idi”, - o qeyd edib.

Qalçyan TRİPP və ya Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub:

“TRİPP həyata keçərsə, Ermənistan dünyaya açılacaq, Rusiya isə Ermənistandan keçən mühüm yola nəzarəti itirəcəyi üçün, belə demək mümkünsə, pərişandır. Bizim müxalifət də Rusiyanın maraqları kontekstində çıxış edir, ona görə də TRİPP-dən şikayətlənir”.

Tarix
2025.10.24 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla