Yuxarı

Toydan oğurlanan generaldan – Şok təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jandarma Qüvvələri komandanı, ordu generalı Qalib Məndi dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaqa ifadə verib.

Axar.az xəbər verir ki, Məndi qatıldığı toy mərasimində Jandarma Bölgə komandiri, general Timurcan Ərmiş tərəfindən girov götürüldüyünü deyib:

Vuracaqsansa, indi vur

"Birdən köməkçim Murad Yılmazın qaçaraq yanıma gəldiyini gördüm. Baş Qərargah rəisinin müavininin məni gözlədiyini dedi. Toya gəldiyim avtomobilə mindikdən dərhal sonra birdən avtomobilin sol, arxa qapısı açıldı, Konya Jandarma Bölgə komandiri, general Timurcan Ərmiş avtomobilə mindi. Üzərində təlim paltarı, əlində tapança vardı.

Ona "Məndən xəbərsiz Konyadan bura niyə gəldin" soruşdum. Bu arada da avtomobil hərəkət etdi. "Akınçı bazasında sizə məlumat veriləcək", - dedi. Avtomobilin Akınçı bazasına gedəcəyini deyəndə qabaqda oturan Murad Yılmaza və Timurcan Ərmişə qışqırıb "Bəs bu avtomobil Baş Qərargaha gedəcəkdi!" dedim.

Bu işin içində başqa bir məsələ olduğunu anlamışdım. "Siz quldursunuz, mafiyasınız", - dedim. Bundan sonra Timurcan Ərmiş mənə "Sizi də aramızda görmək istəyirik", - dedi. Mən isə "Sizin adamların yanında niyə olmalıyam, Allah hamınızın bəlanızı versin", – dedim.

Timurcan Ərmiş belindəki tapançanı bazaya qədər mənə tuşladı. "Siz də mafiyanın içindəymişsiniz, sən 8 ildən çoxdur ki, mənim yanımdasan. Lənət olsun sənə", - qabaqda oturan köməkçim Murad Yılmaza dedim, tez-tez də, "Allah bəlanızı versin, vuracaqsansa, indi vur", - deyirdim.

Yunanlara əsir olsaydım…

Akınçı bazasına çatanda məni dəhlizə oxşar bir otağa saldılar. Binada bir dənə də olsun pəncərə yox idi, ancaq divardı. Binanın içində "Sorğu mərkəzi" yazılmış bir tablo gördüm. Elə bildim ki, məni sorğulayacaqlar. Bir müddət sonra bir kapitan xatırlamadığım bir təşkilatın adını çəkərək "Sizi həbs edirəm" dedi.

Mən şiddətlə onlara müqavimət göstərdim. Yanımda duranlar qollarımı birləşdirib, kapron qandalla əlimi bağladılar. İnanılmaz kin və nifrətlə qollarımı sıxırdılar. Bu əsnada "Mən yunanlara əsir olsaydım, bu münasibəti görməzdim" dedim. Bu sözümdən sonra kapitan iki ayağımı da eyni qaydada bağladı. Eyni sözləri yenə təkrarladım.

Daha sonra başıma gözlərimi bağlayacaq şəkildə qara papaq keçirdilər, ağzımı bağladılar.

Kamil, oğul, sənsən?

Təxminən 30 dəqiqə sonra ayaq səsləri eşitdim. Bir nəfərin yanımdakı oturacaqda oturduğunu hiss etdim. Yanıma adam gətirmişdilər. Həmin şəxs "Eynəyim vardı, sizdə qaldı" dedi. Onlar da bunu təsdiq etdilər. Səsindən bu adamın Quru Qoşunları Təlim Mərkəzinin komandanı, ordu generalı Kamil Başoğlu olduğunu anladım və "Kamil, oğul, sənsən" soruşdum. Kamil "Bəli, komandirim, mənəm", - dedi.

Otaqdakılar gedəndən sonra Kamil ilə rahat danışmağa başladıq.

Uğursuz olduq…

Bir müddət sonra leytenant Xəlil mənə "Komandirim, eşitdim, sizi vuracaqlar. Təcili buranı tərk etməliyik" dedi. Bu əsnada özünü jandarma kimi təqdim edən şəxs "Uğursuz olduq" deyə, mızıldandı.

Xəlilin köməkliyi ilə Kamil və mən avtomobilə tərəf qaçdıq. Baş Qərargah rəisinin yerini öyrənincə Nazirlər Kabinetinə getdim.

Tarix
2016.07.26 / 10:53
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla