Yuxarı

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

“Türk dünyası qızılalma” toplumuna daxil olan saytlarda Mustafa Doğanın guya 3-6 noyabr 2025-ci ildə Bakıda keçiriləcək ravvinlər konfransı ilə bağlı (halbuki konfrans təxirə salınıb) “Azərbaycan sionizmə təslim olur” başlıqlı bir yazısı paylaşılmışdır. Yazıda guya Azərbaycanı “Qafqazdakı İsrailə” çevirmək istədiyinə görə Azərbaycan Respublikasının Prezidenti tənqid edilir: “İsraillə qurduğunuz çarpıq ilişkiyə baxmayaraq, “İki dövlət - tək millət” parantezinə etnik bir şəhvətlə həbs etdiyiniz sözdə qardaşlıq ədəbiyyatı ilə bizimlə qardaş qalacağınızımı sanırsınız?”. Yazıya bir şarj da əlavə edilmişdir.

Axar.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı qeyd edib.

O bildirib ki, jurnalist etikasina yad olan bu sərsəmləmələri cavabsız qoymaq mümkün deyil:

“Mən Mustafa Doğanın, Süheyla Betül Kentin, Ayşə Mine Dağdələnin və onları dəstəkləyənlərin kimliklərini bilmirəm. Lakin Azərbaycan Respublikasının Prezidenti haqqında paylaşdıqları tərbiyəsiz yazı və şarj onu göstərir ki, onların ürəyində Azərbaycana və bütövlüklə türkə heç bir sayğı yoxdur. Bunlar eyni zamanda İlham Heydər oğlunu yəhudi kimi qələmə verməyə çalışan, Azərbaycanla Türkiyənin arasına inciklik salmağa çalışan cahil və dünyadan xəbərsiz adamlardır.

Azərbaycan Prezidentinin mənim müdafiəmə ehtiyacı yoxdur. Sadəcə onu demək istəyirəm ki, sosial mediada fikir bildirən hər kəs gərək sözünün məsuliyyətini də düşünsün. Azərbaycanla İsrailin əlaqələri haqqında fikir bildirmək olar, lakin Azərbaycanın dövlət maraqlarını heç kim öz istədiyi kimi yoza və deyək ki, Fələstinin maraqlarına bağlaya bilməz. İnsanlar və dövlətlər öz tarixlərindən nəticə çıxara-çıxara yaşayırlar. Şəxsən mən türk düşməni olan və Azərbaycan-Ermənistan münaqişəsində ermənilərin yanında dayanan, islam abidələrinin dağıdılmasına sakit baxan müsəlman ərəbdənsə Azərbaycanın və türkün dostu olan, bizi beynəlxalq səviyyədə müdafiə edən yəhudini daha yüksək tuturam. Qəzzada, Fələstində İsrail silahlılarının cinayətlərini və zülmünü Azərbaycan xalqı qətiyyətlə pisləyir. Lakin bu cinayətlərin səbəbkarı olan İsrail hakimiyyəti ilə özü də soyqırımlar görmüş, qanlı yollardan keçmiş yəhudi xalqını bir gözlə görmək və bu savaşda guya Azərbaycanın İsraili dəstəklədiyi kimi yalanı ortaya atmaq ağılsızlıqdır. Sizcə, biz millət olaraq kimə daha artıq dəyər verməliyik: dar günlərimizdə bizim düşmənimizə yardım edən müsəlmana, yoxsa yaxşı gündə də, pis gündə də bizə dəstək vermiş yəhudiyə? Məscidlərimizi uçuran xristiana "qardaş" deyib tarixən müsəlman olmuş azərbaycanlıları düşmən elan edənin islam dinindən olmasının mənim üçün nə mənası ola bilər?

Buna görə də türkiyəli qardaşlarımızın yalnız müsəlman birliyi ideyasını bayraq edib tarixin və yaxın keçmişin həqiqətlərinə göz yummaları doğru deyil. Bəli, biz “Bir millət, iki dövlətik” və bu birliyi xalqın dini həssaslığından sui-istifadə edən kimsə poza bilməz”.

Tarix
2025.10.30 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla