Yuxarı

FHN Zəfər Gününü belə qeyd etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Zəfər Gününü belə qeyd etdi

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzləri tərəfindən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə müxtəlif səpkili silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, tədbirlərdən əvvəl Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin unudulmaz xatirəsi böyük ehtiramla yad olunub.

Şəxsi heyət, həmçinin böyük Zəfərin tarixi ilə əlaqədar yaradılmış kompleks və muzeylərə də baş çəkərək cəsur əsgər və zabitlərimizin şərəfli döyüş yolu ilə tanış olublar.

Nazirliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışılıb, bu sənədin Azərbaycanın möhtəşəm Zəfər səlnaməsini özündə əks etdirən tarixi sənəd olduğu bildirilib. Qeyd edilib ki, artıq beş ildir ki, Azərbaycan xalqı mədəniyyət, milli irs və qürur mənbəyimiz olan tarixi şəhərimiz – Şuşanın işğaldan azad edildiyi günü – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük Qələbə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti və parlaq diplomatik bacarığının, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti, müqəddəs şəhidlərimizin qanı və canı bahasına qazanılıb.

Xatırlanıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi işğalçı dövlətin kapitulyasiya aktına imza atması ilə nəticələndi. Cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edildi. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni hərbi birləşmələrə qarşı 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri həyata keçirilib və nəticədə Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olunub.

Tədbirlərdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılmış tarixi Zəfərin hər bir vətəndaş üçün qürur mənbəyi olduğu qeyd olunub, bu Qələbə ilə dövlət başçısı tərəfindən daha qüdrətli və çiçəklənən yeni Azərbaycanın qurulması istiqamətində tarixi dövrün başlandığı vurğulanıb.

Toplantılarda Zəgər Günü ilə bağlı film nümayiş olunub.

Tarix
2025.11.07 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə azərbaycanlılara zorakılıq edəni hansı cəza gözləyir?

Hikmət Cavad Ukraynanın xüsusi mükafatı ilə təltif edildi

Ramil Usubov Sergey Şoyqu ilə görüşdü

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

Yaşar Gülər Azərbaycana gəldi

Mehdiyevin ailə üzvləri bir-bir həbs olunacaq - Quliyev

Qarabağ və Şərqi Zəngəzurda şəhərsalmanın son 5 ili

Bu qəhrəmanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla