Yuxarı

Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezidenti Serj Sərkisyanın bəyanatlarına cavab verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Serj Sərkisyan deyir ki, anlamır necə ola bilərdi ki, 44 günlük müharibənin ilk saatlarında hava hücumundan müdafiə (HHM) vasitələrinin yarısı itirilsin. Bunda başa düşülməyəsi nə var? Sizin aldığınız HHM sistemi dəmir-dümür yığını, sözün əsl mənasında metal tullantısı idi. Müttəfiqlər də bu sistemləri yeniləmək üçün etdiyimiz müraciətlərə cavab olaraq bizə “üç barmaq kombinasiyası” göstərirdilər (sizə də eyni şeyi göstərmişdilər, əks halda 2018-ci ilə qədər o metal tullantılarının yerində başqa nəsə olardı).

Bu “üç barmaq jesti” çox da gözə batmasın deyə, müttəfiqlər (Rusiyanı nəzərdə tutur – red.) simvolik olaraq bizə bir-iki nəsə verirdilər (lazım olanın 0,1 faizini) ki, sonra mövzu açılanda göstərə biləcəkləri bir şey olsun.

Müttəfiqlər bu hərəkətlərini iki səbəblə əsaslandırırdılar:

- Ermənistan KTMT-nin üzvüdür.

- Verilən vasitələr Ermənistanın suveren ərazisində deyil, başqa yerlərdə yerləşdirilə bilər.

Biz də nə əldə etmək mümkün idisə, onu etməyə çalışırdıq, modernləşdirməyə cəhd edirdik, özü də sizin təyin etdiyiniz yüksək rütbəli hərbçilərin məsləhətlərinə qulaq asaraq. İndi sən gəlib mənimlə mübahisə edirsən? Əgər doğrudan da nəsə demək istəyirsənsə, gəl, birbaşa efirdə debat edək”, - Ermənistan hökumətinin başçısı qeyd edib.

Paşinyan Sərkisyana məsləhət görüb ki, debata çıxmaq istəsə, keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryanı da özü ilə gətirsin:

“Narahat olma, (Qarabağa dair) danışıqlar tarixinin əsas sənədlərini (2019-cu ili də daxil olmaqla) sıralamışam. Hazırda onları skan edirik və ilin sonuna qədər dərc edəcəyəm, aralarına bəzi ictimai sənədlər də əlavə olunacaq. Həmçinin sənin yazdığın bir məktubu da əlavə edəcəyəm ki, gizlətdiyimi düşünməyəsən. Oyananda Köçəryan və Petrosyana xəbər elə”, - o əlavə edib.

Tarix
2025.11.08 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla