Yuxarı

Azərbaycandan daşınan taxıla erməni radikalların “etirazı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan daşınan taxıla erməni radikalların “etirazı”

Azərbaycanın Qazaxıstan və Rusiya taxılının Ermənistana tranzitinə icazə verməsi erməni müxalifətini çətin vəziyyətə salıb. Erməni radikallar taxılın tranzitinin əleyhinə açıqlama vermirlər, bu məntiqə zidd olardı, özləri uzun illər bəyan edirdilər ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. Halbuki Ermənistan ona lazım olan taxılı digər marşrutlardan əldə edir, üstəgəl Azərbaycanın işğal altındakı ərazilərindən də İrəvana taxıl daşınırdı. İndi Rusiya və Qazaxıstan Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək Ermənistana qısa yolla taxıl nəql etmək imkanı qazanıblar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, erməni radikallar Azərbaycan üzərindən taxıl tranzitini şübhə altına alan yeni “bəhanələr” icad ediblər:

“Onların sözlərinə görə, guya Azərbaycan üzərindən taxıl tranziti Ermənistana baha başa gələcək. Çünki Ermənistan tranzitə görə Gürcüstana da pul ödəməli olacaq. Ermənistan Zəngəzur dəhlizini qısa müddətdə bərpa edərsə, Gürcüstan üzərindən nəqlə ehtiyac olmayacaq, taxıl və digər yüklər Azərbaycan üzərindən birbaşa Ermənistana daşınacaq.

Radikalların digər “bəhanəsi” alınan taxılın qida üçün yararsız və həmin taxılın heyvan yemi olmasıdır. Əslində radikallar bu “arqumentlə” yalnız Paşinyan hökumətini hədəf almırlar, tərəfdaş adlandırdıqları Qazaxıstanı da aşağılamış olurlar. Çünki yüksək keyfiyyətli Qazaxıstan taxılından un məhsulları hazırlanacaq. Təsadüfi deyil ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan rəqiblərinə cavab olaraq Azərbaycandan tranzitlə ölkəyə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazır olduğunu bildirib”.

Tarix
2025.11.11 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla