Yuxarı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ardınca Prezident Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov da ABŞ Prezidenti Donald Trampa müraciət edərək, Ukraynadakı hərbi münaqişənin həlli ilə bağlı Kremllə təmasları bərpa etməsini xahiş edib: “Biz səmimi olaraq ümid edirik ki, Prezident Tramp hələ də Ukrayna probleminin siyasi və diplomatik yolla həllinə yardım etməyə hazırdır”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərov qeyd edib.

O bildirib ki, Peskov ABŞ və Rusiyanı nəzərdə tutaraq, “tərəflər üçün çox parlaq üfüqlərin açıldığını”, mövcud vəziyyətin “vaxt itirməyə, pul itirməyə, mənfəət itirməyə” gətirib çıxardığını deyib:

“Rusiyanın xarici işlər naziri, “kədərli at” ayamalı Sergey Lavrov özü isə “Corriere della Sera” nəşrinə müsahibəsində Budapeştdə planlaşdırılan sammitin Donald Tramp tərəfindən təxirə salınmasının səbəbini ABŞ prezidentinə verilən “məqsədyönlü hesabat”la izah etməyə çalışıb. Lavrov bu hesabatın kimin tərəfindən hazırlandığını bilmədiklərini, lakin liderlərin sammitinin məhz bu hesabata görə baş tutmadığını bəyan edib. Lavrov Rusiyanın “danışıqlara hazır olmadığı” və Alyaskada əldə edilmiş razılaşmaları “pozduğu” iddialarını rədd edərək Moskvanın danışıqlara hazır, əldə olunan anlaşmalara da sadiq olduğunu vurğulayıb.

Lavrov və Peskovun simasında “timsahın göz yaşları” tökməsi səbəbsiz deyil. “Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı sanksiyaların qüvvəyə minəcəyi 21 noyabra sayılı günlər qalıb. ABŞ Prezidenti Donald Trampın Putinlə danışqılardan imtina edərək “Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi Rusiyanın iqtisadi boğulmasını sürətləndirib. “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalardan sonra Rusiyanın beş böyük neft şirkətinin 4-ünün dünya bazarlarına çıxışı çətinləşib ki, bu da Rusiyanın əsas ticarət tərəfdaşlarını narahat edib. Rusiya neftinin əsas alıcıları Çin, Hindistan, Türkiyə, Braziliya və Macarıstan kimi ölkələr də çətinliklərlə üzləşiblər.

Macarıstanın Baş naziri Viktor Orban Vaşinqtona səfər edərək Rusiya neftindən imtina üçün qısa müddət güzəşt edilməsi üçün ABŞ-dan 600 milyon dollarlıq sıxılmış qaz almağa razı olub. Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda apardığı danışıqlarda ölkəsinə müəyyən müddət güzəşt edilməsini xahiş edib. Çin və Hindistan sürətlə Rusiya neftindən imtina edərək alternativ mənbələrə üz tutmağa başlayıblar.

Rusiyanın enerji bazarlarından çıxarılıb atılmasından məharətlə istifadə edən Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salman yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışır. Buna görə Səudiyyə Ərəbistanının neft nəhəngi “Saudi Aramko” şirkəti Çin və Hindistana endirimli qiymətlərlə neft təklif etməyə başlayıb.

İmperiya hərisliyinə yoluxmuş Rusiya elitasından fərqli olaraq, Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salman gözəl bilir ki, formalaşmaqda olan yeni dünya düzəni enerji bazarlarının dizayn edilməsindən başlayıb. Dizayn edilməkdə olan enerji bazarlarından çıxarılan ölkə edamını gözləyən məhkuma bənzəyir. “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalardan sonra Moskvada bunu anlayıblar. Ona görə də Rusiyanın yalvarışları başlayıb.

Rusiyada ağlı başında olan hər kəs Ukraynaya qarşı müharibənin Rusiya üçün fəlakətə çevrildiyini bilir”.

Tarix
2025.11.13 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla