Yuxarı

Azərbaycan bu platformaya qoşulacaq - Herbst

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu platformaya qoşulacaq - Herbst

ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir.

Axar.az xəbər verir ki, bu barədə Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E.Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumunda bildirib.

C.E Herbst vurğulayıb ki, Prezident Donald Tramp özünü sülh təsisçisi kimi təqdim edir və bu, əsassız deyil:

“Onun təşəbbüsləri çərçivəsində 9 münaqişənin həlli istiqamətində iş aparılır ki, onlardan biri də Azərbaycan–Ermənistan münaqişəsidir. ABŞ Mərkəzi Asiyanı strateji prioritet bölgə hesab edir. Bu baxımdan Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra Bakıda forumun təşkil olunması təsadüfi deyil. Yaxın gələcəkdə platforma Azərbaycanın qoşulması ilə C6+1 formatına çevriləcək və bu, tərəflər arasında əlaqələrin əhəmiyyətini daha da artırır”.

Tarix
2025.11.18 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla