"Fokus"un yazdığına görə, Arsen Avakov 385 milyon
dollarlıq sərvətə malikdir.
Ukraynanın yeni müvəqqəti Daxili İşlər naziri Arsen Borisoviç
Avakovun Bakı ermənisi olması çoxları üçün maraqlı fakt oldu. Bu
baxımdan, onun kimliyi ilə çoxları maraqlanır.
Beləliklə, Arsen Borisoviç Avakov 1964-cü il yanvarın 2-də
Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov
qəsəbəsində) hərbçi ailəsində anadan olub. 1966-cı ildən Ukraynada
yaşayır. O, 1988-ci ildə Xarkov Politexnik İnstitutunu bitirib.
Xarkovda bacarıqlı iş adamı kimi tanınıb. Ticarət, inşaat, ərzaq
məhsulları istehlakçısı kimi məşhurdur.
1992-ci ildə onun rəhbərliyi ilə "Bazis" bankı yaradılıb.
2002-ci ildə Xarkov şəhər Şurasının üzvü seçilib, 2004-cü ildə isə
Viktor Yuşşenkonun Xarkov bölgəsi üzrə regional qərargahının
rəhbərinin müavini olub. A.Avakov 2004-cü il seçkilərində
V.Yuşşenkonun qızğın tərəfdarı olub. 2010-cu il prezident
seçkilərinin ikinci turunda Yuliya Timoşenkonu müdafiə edib.
2008-ci ildə "Fokus" jurnalının sorğusunda 130 ən varlı
ukraynalı siyahısında 67-ci yeri tutub. "Fokus"un yazdığına görə,
A.Avakov 385 milyon dollarlıq sərvətə malikdir.
Bakı ermənisi sabiq prezident Viktor Yuşşenkonun kadrı hesab
olunur və onun yaxın qohumları ilə biznes əlaqələrinə malikdir.
Buna baxmayaraq, A.Avakov sabiq baş nazir Yuliya Timoşenkoya
rəğbətini daha çox dilə gətirir.
2005-2010-cu illərdə isə Xarkov əyalətinin rəhbəri olan
A.Avakovun müavini V.Yuşşenkonun yaxın qohumu Yaroslav Yuşşenko
olub.
O, 2010-cu ildə işdən çıxarılıb, 2012-ci ildə haqqında cinayət
işi qaldırılıb və barəsində beynəlxalq axtarış elan edilib. Xaricə
qaçan Bakı ermənisi 2014-cü ilə qədər İtaliyada yaşayıb.
Arsen Avakovun adı daima qalmaqallarda keçib. Sosial şəbəkələrdə
onun homoseksual olması barədə geniş müzakirələr aparılıb. Bakı
ermənisinin tanınmış siyasətçi Aleksandr Kirşla homoseksual
əlaqələri olması barədə fikirlər dolaşır. Hətta homoseksual
tanışlıq saytları vasitəsilə onunla tanış olanların mövcudluğu
barədə çoxsaylı mülahizələr mövcuddur.
Digər tərəfdən, Ukrayna mətbuatında A.Avakovun biseksual olması
barədə mülahizələr də dolaşmaqdadır (Musavat.com).
Arsen Avakov özü isə deyilənləri siyasi düşmənlərinin "qara
piarı" adlandırır. Lakin sosial şəbəkələrdə A.Avakovun homoseksual
olduğunu sübuta yetirən pornogörüntülərin mövcudluğu barədə də
diskussiyalar gedir. Rəqibləri Bakı ermənisini hədələməkdə davam
edirlər. Bu baxımdan, onun homoseksual videolarının yayılması
barədə deyilənlər yaxınlarda öz təsdiqini tapa bilər...