Yuxarı

Azərbaycanda şəhər bələdiyyəsi niyə yoxdur? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Şəhər Bələdiyyəsinin yaradılması siyasi qərardan asılıdır".

Bu sözləri "Axar.az"ın Bakı Şəhər Bələdiyyəsinin yaradılmasıyla bağlı suallarını cavablandırarkən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov dedi.

MDB məkanında şəhər bələdiyyəsi olmayan yeganə ölkə olduğumuzu bildirən ekspert hesab edir ki, Bakı Şəhər Bələdiyyəsi yaradılarsa, bu seçkili orqan olacaq və orda çalışan insanlar daha məsuliyyətli olacaqlar: "Bakı Şəhər Bələdiyyəsi seçkili qurum olacağı üçün onun hesabatlılığı da olacaq və məsuliyyət artacaq. Hesabatlılıq isə mövcud mexanizmlərin necə istifadə edilməsindən asılı olacaq".

Bakı Bələdiyyəsinə hələ hazır deyilik

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli hesab edir ki, Bakı Şəhər Bələdiyyəsinin yaradılması üçün hələ müəyyən problemləri həll etmək lazımdır: "Parlamentdə Bakı Şəhər Bələdiyyəsi ilə bağlı müzakirələrin aparılması və onun gündəmə gətirilməsi mütərəqqi haldır. İlk olaraq nəzərə almaq lazımdır ki, bu bizim öhdəmizə götürdüyümüz məsələlərdən biridir. Digər bir məsələ isə onun verəcəyi üstünlüklərlə əlaqədardır. İlk olaraq onu qeyd edim ki, Bakı Şəhər Bələdiyyəsinin yaradılması bələdiyyə institutunun formalaşmasına gətirib çıxaracaq. Əgər bu gün vətəndaş hansısa məsələyə gözucu baxırsa, gələcəkdə o, bələdiyyə seçicisi olaraq, bu kimi problemlərin həllində maraqlı olacaq. Bir növ vətəndaşın öz çiyninə də yük düşəcək".

Ekspert eyni zamanda Bakı Şəhər Bələdiyyəsinin yaradılmasının real görünmədiyini də vurğuladı: "Hazırda Bakı Şəhər Bələdiyyəsinin yaradılması real görünmür. Çünki bunun üçün bizim nə hüquqi, nə də maddi-texniki bazamız var. Bakı bələdiyyəsinin büdcə gəliri hardasa 10 milyon manat ətrafındadır. Bu məbləğlə 4 milyon sakini olan bir şəhərdə heç bir iş görmək olmaz. Birinci növbədə hüquqi baza yaradılmalıdır. Daha sonra kadr potensialı müəyyən edilməlidir. Kimin hansı işi görəcəyini bilmək üçün vəzifə bölgüsü aparılmalıdır".

Tarix
2014.03.01 / 10:25
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla