Yuxarı

Öldürülən türk generalı ABŞ-a işləyirmiş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öldürülən türk generalı ABŞ-a işləyirmiş

Türkiyə Baş Qərargahının kəşfiyyat bölməsinin sabiq sədri, admiral Suat Polad 15 iyul dövlət çevrilişinə cəhd zamanı öldürülən general Semih Terzinin xarici ölkə kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, keçmiş kəşfiyyatçı Terzinin Suriyada Türkiyə əleyhinə uzun müddət təbliğat apardığını deyib:

"Onun ABŞ-a işləməsi müzakirə oluna bilməz. Türkiyə Suriyada xüsusi təyinatlı qüvvələrin iştirakı ilə hazırladığı əməliyyatlar zamanı o, müxaliflərlə münasibət qurmuşdu. Belə düşünün: FETÖ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlıdır. PKK-nın Suriya qolu olan PYD də MKİ-yə bağlıdır. İkisinə də əmr oradan gəlib. İndi o, Suriyada Türkiyə lehinə addım atar, yoxsa ABŞ? Çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına girərək, "komandiriniz mənəm", deyən bir xain Suriyada Türkiyə üçün heç nə edə bilməz".

Qeyd edək ki, Türkiyənin keçmiş baş qərargah rəisi İlkər Başbuğ da müsahibəsində general Semih Terzini sərt tənqid etmişdi:

"O qatildir, vətən xainidir. Ordunun Suriyadakı əməliyyatlarını idarə edirdi".

Xatırladaq ki, Semih Terzi 15 iyul dövlət çevrilişinə cəhd zamanı zabit Ömər Xalisdəmir tərəfindən başından vurularaq öldürülmüşdü.

Tarix
2016.08.03 / 10:33
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla