Yuxarı

Ermənistanı gözləyən təhlükə yaxınlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanı gözləyən təhlükə yaxınlaşır

Qeyri-ənənəvi müxalifətə nüfuz etmək imkanı olmadığından Sərkisyan məhz milli barışıq hökuməti ilə qarşıdan gələn təhlükəni qabaqlamaq istəyir.

Bu sözlər politoloq İlqar Vəlizadənin Axar.az-a verdiyi açıqlamada yer alır. Ekspert Ermənistan rəhbərliyinin dəyişikliyə getməsini ölkədə uzun müddətdir aparılan siyasi alverin bir təzahürü kimi qiymətləndirib:

"Ermənistan prezidenti və Qarabağ klanı opponentlərini şantaj və maddi şirnikləndirmə yolu ilə öz siyasi kurslarına tabe olmağa sürükləyirlər. Ötən il Sərkisyanın əsas opponenti olan və oliqarx Qaqik Çarukyan məhz biznesi ilə hədələnməklə səhnədən uzaqlaşdırılıb. Hakimiyyət indi də Qarabağ münaqişəsi fonunda belə aktiv danışıqları Levon Ter-Petrosyanla aparır. Yəqin ki, Petrosyana yüksək vəzifə vəd olunur ki, o da Sərkisyana açıq dəstək nümayiş etdirir".

Politoloq payızda, yaxud da növbəti seçki ərəfəsində Ermənistanda müxalifət-iqtidar qarşıdurmasının artacağını istisna etməyib:

"Budəfəki hadisələrin fəsadları daha pis ola bilər. Son hadisələr göstərir ki, müxalifət Sərkisyana tabe olmaq istəmir. Sərkisyan da məhz milli barışıq hökuməti yolu ilə qarşıdan gələn təhlükəni qabaqlamaq istəyir. Hökumət hətta müxalifətçilərə hakimiyyətdə yer vəd etməklə vəziyyəti bir qədər idarə etməyə çalışsa da, müxalifətin rejimlə sövdələşməyə gedəcəyi inandırıcı deyil".

Dağlıq Qarabağın tənzimlənməsinə gəlincə isə ekspertin sözlərinə görə, Sərkisyan ona qarşı olan təzyiqləri bəhanə etməklə danışqlardan yayınmağa və ya danışıqları imitasiya etməyə çalışacaq:

"Ermənistan hazırkı gedişatla sülh prosesinə ciddi əngəllər yaradır. Ermənistan rəhbərliyindən müəyyən cəsarət tələb olunur ki, bu tendensiyanı sındırıb başqa təkliflər versin. Ancaq Sərkisyanın ritorikası göstərir ki, bu ssenariyə böyük ümidlər bəsləmək olmaz. Çünki durmadan Qarabağla bağlı yersiz bəyanatlar səsləndirən Sərkisyanın artıq danışıqlarda iştirakı belə yersizdir".

Qeyd edək ki, İrəvanda polis məntəqəsi binasını 15 gün əldə saxlayan "Sasna çrer" silahlı qrupunun təslim olmasından sonra Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxaraq baş verənlərin Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri etdiyini açıqlayıb.

Tarix
2016.08.04 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu şirkətlə sıx işləyəcəyik - Prezident

İlham Əliyev Vaşinqtona dəvət edildi

Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...

Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılır

Hakan Fidan Arakçı ilə müzakirə apardı

Baş nazirə etiraz edib, vəzifədən istefa vermişdi... - Dosye

Zərbələr nəticəsində rus neftinin emalı 19 faiz azalıb - Sırski

Azərbaycan heç zaman görünmədiyi qədər... - Prezident

Vens İrəvanda bəyan etdi: TRİPP fondu yaradılacaq

Vensin səfəri ərəfəsində sizin gəlişiniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla