Yuxarı

“Ayaks” azarkeşindən Bakı ilə bağlı ilginc məqalə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ayaks” azarkeşindən Bakı ilə bağlı ilginc məqalə - Foto

Ardıcıl iki ildir ki, Bakıya səfərə hazırlaşırıq. Çünki klubumuz bu çərşənbə günü “Qarabağ” FK ilə səfər oyununa çıxacaq. Bəs ümumiyyətlə, Bakı necə bir yerdir? Bu şəhərlə bağlı kim, nə, harada və necə suallarına cavab veririk.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu sözlər “Ayaks” azarkeşlərdən birinin klub fanatlarının (www.ajaxlife.nl) saytındakı məqaləsində yazılıb. Həmin yazını təqdim edirik:

“Bakı (Baku kimi də yazılır) Azərbaycan Respublikasının dinamik və cəlbedici paytaxtıdır və Amsterdamdan dörd min kilometrdən çox uzaqlıqda yerləşir. Əgər ora piyada getmək istəsəniz, təxminən 915 saat vaxt alacaq. Avtomobillə yol isə 51 saatlıq məsafədir. Buna görə də Bakıya yollanan “Ayaks” azarkeşləri təbii olaraq təyyarəni seçir. Həm də əvvəlcədən cibini dolduqduqdan sonra. Çünki səyahət ucuz deyil. Hollandiyadan birbaşa uçuş yoxdur, viza almaq isə mütləqdir.

Azərbaycanlılar ölkələrinin dünyadakı yerini Şərq və Qərb, Asiya və Avropa arasında körpü kimi görürlər. Bakı modernlə qədim, islam mədəniyyəti ilə Qərb üslubunun, Asiya ilə Avropanın maraqlı qarışığıdır. Azərbaycan İran, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan, Qazaxıstan və Türkmənistanla sərhəddir. Dövlət dili türk dilinə yaxın olan Azərbaycan dilidir.

Bakı Xəzər dənizinin sahilində yerləşir və bu səbəbdən çox mühüm liman və logistika mərkəzidir. Şəhərdə təxminən bir milyon insan yaşayır. Əsas gəlir mənbəyi neftdir və şəhərdə gəzdikcə bunu hiss etmək olur. Lüks mağazalar, super-müasir memarlıq və “Formula 1” yarışlarının keçirildiyi küçələr bunun bariz nümunəsidir.

Azərbaycanın yayı isti və quraq olur. İyul ayında temperatur 35°-yə qədər yüksəlir. Qışda isə təxminən 5° olur. Xəzərin sahilində tez-tez güclü külək əsir. Bu həftə Bakıda hava təxminən +12 dərəcə isti olacaq.

Bakı özünü müasir şəhər kimi təqdim etsə də, parlaq binaların yanında yüz illərlə yaşı olan tarix də var. XII əsrə aid qala divarları qorunub saxlanılıb. Şəhər əsrlər boyu Şərq-Qərb ticarət yolunda kiçik bir dayanacaq idi. Həyat əsasən, hasarlanmış İçərişəhərdə cərəyan edirdi. Bu gün İçərişəhər UNESCO-nun Dünya İrsi siyahısındadır.

Şəhərin bu hissəsi açıq-qəhvəyi daşlar və möhtəşəm ağac oymaları ilə tikilib. Bizə verilən məsləhət sadədir: dar küçələrdə gəzin, dolaşın və şəhərin canlı ruhunu hiss edin. Köhnə məscidlər, tacir evləri və saray muzeyi yol boyu sizi gözləyir.

Ən mühüm tarixi abidə Qız qalasıdır. Bu bina səkkiz əsrdir ki, köhnə şəhərin kənarında dayanır. Onun alt hissəsində eramızdan əvvəl VI əsrə aid qala qalıqları var. Qala əvvəllər suyun içində idi, lakin Xəzər dənizi geri çəkildiyi üçün indi quruda yerləşir. Bakılılar üçün Qız qalası sevgi və azadlıq simvoludur. Qalanın yuxarısına qalxmaq mümkündür və oradan şəhərə gözəl mənzərə açılır.

“Flame Towers” (Alov qüllələri) – Bakının simvoludur. Bu göydələnlər 2007–2012-ci illərdə tikilib və 160–180 metr hündürlüyə malikdir. Təpədə yerləşdiyindən şəhərin demək olar ki, hər yerindən görünür. Xüsusən axşam saatlarında işıq şousu ilə tam bir vizual ziyafətdir.

Bakı eyni zamanda Xəzər sahili boyunca uzanan səkkiz kilometrlik bulvara malikdir. Şəhər sakinləri burada gəzib dolaşmağı çox sevir. Qida və içki köşkləri hər yerdədir. Alkoqol hər yerdə satılmasa da, pivə satılan kifayət qədər restoran var. Ətrafda piyada dolaşmaq bəs edir. Alternativ olaraq şəhərdə üç metro xətti var və bir çox əsas məkanları yaxınlaşdırır. Taksidən də istifadə oluna bilər, amma tez-tez tıxaclar olur. Sürücü ilə əvvəlcədən qiymət danışmaq məsləhətdir. "Bolt" tətbiqindən də istifadə etmək olar.

Ödəniş üçün Azərbaycan manatı istifadə olunur. 10 avro təxminən 19 manat edir. Şəhərdə kifayət qədər bankomat var.

Vacib məqam: Azərbaycanda Avropa mobil internet paketindən pulsuz istifadə edilmir. Əlavə ödəniş tutulur. Lakin şəhərdə kifayət qədər “Wi-Fi” var. Daim onlayn qalmaq istəyənlər üçün “Firsty” kimi “eSIM”lərin istifadəsi mümkündür. Yeni istifadəçilər ilk günü pulsuz əldə edir.

Tətbiqi yükləyib qeydiyyatdan keçəndə və eSIM-i aktivləşdirəndə “Ayaks” loqolu xüsusi pəncərə görünür və bir günlük paket pulsuz verilir. “AJAX10” kodu ilə digər paketlərdə 10% endirim olunur – təkcə Azərbaycanda yox, bütün ölkələrdə.

Bakıya səfər edən bütün “Ayaks” azarkeşlərinə möhtəşəm səfər arzu edirik. Gözəl anlar və maraqlı xatirələr yaşasanız, bizimlə bölüşməkdən çəkinməyin. Sosial media hesablarımıza yaza bilərsiniz".

Tarix
2025.12.10 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

Sabah 8 min abonentin qazı kəsiləcək

Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü

Bu qəzalarla bağlı sığorta ödənişini DSMF yerinə yetirəcək

İlham Əliyev Donald Trampa məktub ünvanladı

Azərbaycanda bu müəssisələrin sayı 300-ə çatdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla