Yuxarı

ABŞ 4 saata işi bitirdi, Rusiya 4 ildir bacarmır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ 4 saata işi bitirdi, Rusiya 4 ildir bacarmır

İki ölkə beynəlxalq hüququ saymır, hər iki dövlət öz ambisiyaları üçün məntiqi, qaydaları çeynəyir, amma biri öz məqsədinə 4 saata çatır, müdaxilə etdiyi ölkəyə pul, qazanc, iş yeri, investisiya vəd edir, heç olmasa, vəd edir, digəri isə 4 ildir özündən əhali olaraq 4 dəfə, ərazi olaraq 28 dəfə kiçik, qohum-qonşu xalqla, dövlətlə bacarmır, ayağı dəydiyi hər yeri xaraba qoyur. Ən böyük fərq isə odur ki, Rusiya işıqlı heç nə vəd etmir, inkişaf, pul, investisiya gətirmir, ancaq ölüm və dağıntı səpir.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli ABŞ ordusunun Venesuelaya zərbə endirməsi və Prezident Nikolas Maduronu xanımı ilə birgə əsir götürməsini şərh edərkən bildirib.

“Hər iki ölkə işğalçıdır, amma biri işğal edib Yaponiya, Cənubi Koreya qurur, digəri işğal edib Abxaziya, Cənubi Osetiya kimi vassallar yaradır. Birinin işğal etdiyi, vassal halına saldığı KİA, “Samsunq”, “Toyota”, “Soni” istehsal edir, digərinin işğal etdiyi isə saxta araq buraxıb, elə rusun özünü zəhərləyir.

Hər ikisi hüquq tanımır, amma gördüyünüz kimi, nüanslar var”, - o bildirib.

Politoloq xatırladıb ki, ABŞ-ın işğal etdiyi müsəlman ölkələrinin Sinqapur və ya Cənubi Koreya olmamasının səbəbi daha dərindir.

Tarix
2026.01.04 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla