Yuxarı

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra investorları düşündürən ən vacib suallardan biri də məhz bu hadisənin strateji məhsulların qiymətinə necə təsir göstərməsidir. Bu isə birbaşa zəngin ehtiyatlara malik olan Venesuelanın neft hasilatçısı olması ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.

“Nikolas Maduronun həbsinin neftin qiymətlərinə təsirlərinə gəldikdə isə bir neçə ssenari üzrə proqnozlar təqdim edilməkdədir. Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq təşkilatların fərqli göstəriciləri təqdim olunsa da, bütün rəqəmlərdə sözügedən dövlətin bazarda xüsusi mövqeyə malik olmadığı aydınlaşır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barrel istehsalı ilə Venesuela neft hasil edən ölkələr arasında 18-ci yerdədir. EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. “Trading Economics” eyni olmasa da, oxşar nəticəni bölüşür: 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə.

Məsələnin digər tərəfi, Venesuelanın neft ixrac edən ölkələr arasında ilk iyirmilikdə yer almamasıdır. Belə ki, bu ölkə dünya bazarına 438 min barrel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb. Neft ixracatının az olması isə, təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalarla bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının 15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7%), ABŞ (9.4%), Birləşmiş Ərəb Əmirliyi (9.1%) və Kanada (8.5%) tamamlayır.

Amma investorlar üçün bütün bunlardan daha vacib olan məqam Venesuelanın neft ehtiyatlarına görə dünyada birinci olmasıdır. Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür. Dördlüyü Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) tamamlayırlar. Bu isə o deməkdir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq. Bu isə bazardakı qiymətlər üçün isti nə isə vəd etmir. Müqayisə üçün qeyd edək ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8.0 faizini formalaşdırır”, - o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil:

“Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir.

Digər ssenari isə Venesuelada potensial xaos riskidir. Bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək. Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. Çünki Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da, bu, qiymət artımları üçün zəmin yaratmır.

Bütün bunlar isə deməyə əsas verir ki, hətta qısa müddətdə olmasa da, orta müddətdə neftin qiymətlərində hiss edilən azalmalar qaçılmaz olacaq. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələrlə əvəzlənməsi prioritetliyini daha da artırır”.

Tarix
2026.01.05 / 12:05
Müəllif
Xanım Səbuhiqızı
Digər xəbərlər

Bu idarəetmə modeli bütövlükdə ölkəyə tətbiq edilə bilər

İlham Əliyevdən məmurlara ciddi xəbərdarlıq!

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... - Ərdoğan

Mənim üçün Azərbaycan məhz o torpaq idi - Əliyev

Prezident yerli televiziya kanallarına müsahibə verdi

Hamını bu mübarizəyə dəvət edirəm - Prezidentdən mühüm!

Ruslan Eyyubovun yerinə Qibləliyev təyin edildi

Ordumuz Qəzzaya gedəcəkmi? - Prezident nöqtə qoydu

Azad edilmiş ərazilərin iki əsas şəhəri olacaq - Prezident

İlham Əliyevdən Ermənistana müjdə: Çıxacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla