Yuxarı

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu vəzifələr ləğv olundu

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib.

Axar.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib.

Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb.

Yenidən formalaşdırılmadan sonra icra nümayəndəliklərində ştat vahidləri belə saxlanılıb: Şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə - icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi - ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə. Cəmi 5 işçi.

Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 minədək olanda) - İcra başçısının nümayəndəsi, baş məsləhətçi - ev təsərrüfatının uçotu işinin aparıcısı, xadimə. Cəmi 3 ştat.

Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 mindən yuxarı olanda) - icra başçısının nümayəndəsi, baş məsləhətçi - ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi və xadimə. Cəmi 4 işçi.

Tarix
2026.01.09 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla