Yuxarı

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

Azərbaycanın Trampın təklif etdiyi Sülh Şurasında təsisçi dövlət kimi iştirakını iki kontekstdə qiymətləndirmək olar.

- Birincisi, lokal müstəvidə - Qəzza sülh prosesində iştirak;

Sülh Şurası Trampın 20 bəndlik Qəzza planını həyata keçirən komitə kimi nəzərdə tutulur. Azərbaycan Qəzza konfransının iştirakçısıdır və münaqişənin birbaşa (İsrail-Fələstin) və dolayı (Türkiyə, ərəb ölkələri) iştirakçıları ilə münasibətləri fonunda prosesə töhfə verə bilər. Vaşinqton Qəzza münaqişəsində Bakını birləşdirici oyunçu kimi nəzərdən keçirir. Bu, Azərbaycanın Yaxın Şərq siyasətində də əhəmiyyətli rol oynaya bilər.

İkincisi, qlobal müstəvidə - beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasında yer almaq;

Sülh Şurasının fəaliyyətinin Qəzza ilə məhdudlaşmayacağı, digər münaqişələrin həllinə də qoşulacağı və BMT-yə alternativ kimi beynəlxalq təşkilata çevriləcəyi gözlənilir. Prezident İlham Əliyev də Donald Trampa dəvətlə bağlı ünvanladığı məktubunda qeyd edir: “İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək”.

ABŞ-ın təşəbbüsü ilə BMT-dən kənar yeni təhlükəsizlik sistemini yaradılır. Bunun praktikada nə qədər effektiv olacağı sual altında olsa da, Bakı üçün həm Vaşinqtonla münasibətlər, həm də qlobal proseslərdə iştirak baxımından sistemdən kənarda qalmaq sərfəli deyil.

Azərbaycan bu prosesdən daha qazanclı çıxmaq üçün iki istiqamətdə hərəkət edə bilər.

1. Sülh Şurasında mərkəzi – birləşdirici rolu oynamaq;

Sülh Şurasının BMT-yə alternativ fəaliyyət göstərməsi üçün təkcə sülh prosesini yox, bir çox qlobal təşəbbüsləri də ələ alması lazımdır. Misal üçün, dinlərarası dialoq, multikulturalizm və s. Azərbaycan öz təcrübəsini təqdim etməklə Şuranın fəaliyyətində mərkəzi – birləşdirici missiyanı üzərinə götürə bilər. Bu, Bakıya yeni qlobal təhlükəsizlik sisteminin dialoq mərkəzinə çevrilmək imkanı yaradır.

2. BMT-də islahatların aparılması;

Sülh Şurasının yaradılması BMT-də rəqabət çərçivəsində fəaliyyətini davam etdirə bilmək üçün islahatları da qaçılmaz edir, xüsusilə köhnə nizamı saxlamağa çalışan Avropa ölkələri, Çin və digərləri bunda maraqlı olacaq. Bu reallıq rəsmi Bakının BMT Təhlükəsizlik Şurasında dəyişikliklə bağlı təklifini yenidən gündəmə gətirmək zərurəti yaradır. Prezident İlham Əliyev bir müddət öncə təklif etmişdi ki, beynəlxalq ədaləti təmin etmək üçün BMT TŞ-nin tərkibi genişləndirilməli, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxsaylı ölkələri özündə birləşdirən strukturların təmsilçiliyi qəbul olunmalıdır. Bu, Azərbaycana həmin təşkilatlar üzərində TŞ-də yer almaq imkanı yaradacaq.

BMT-də islahat zərurəti yaranması fonunda Azərbaycan bu təşəbbüsü yenidən irəli sürə bilər.

Tarix
2026.01.22 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla