Yuxarı

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Rusiyanın Aleksandr Dugin və Vladimir Solovyov kimi “jurnalistləri” və “ekspertləri” arzularını səsləndirərək, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil olmaması gərəkdiyini bildirirlər. Onlar açıq deməsələr də, bununla Rusiya imperiyasının və ya SSRİ-nin bərpasını istəyirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Dugin və Solovyov reallıq hissini itiriblər, Rusiya imperiyasının dövrü bitib:

“Birinci Dünya müharibəsi Böyük Britaniya və Osmanlı imperiyası ilə yanaşı, Rusiya imperiyasının da dağılmasıyla nəticələndi. Doğrudur, Rusiya imperiyasının yerində SSRİ yarandı, ancaq bu imperiyanın da ömrünü yalnız 70 il uzada bildilər.

Dugin və Solovyov arzularını səsləndirməklə qonşu ölkələri Rusiyadan daha çox uzaqlaşdırırlar. Onların bu hədələrini cavabsız qoymaq olmaz. Məntiqsiz və təhlükəli açıqlamalarına görə Kreml Dugini və Solovyovu cəzalandırmırsa, deməli, Rusiyaya rəhbərlik edənlər də “imperiyanın bərpası” arzusuyla yaşıyırlar. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi məhz bu baxışın tərkib hissəsidir. Kreml və onun nəzarətindəki ekspert və jurnalistlər elə bilirlər ki, Ukraynanı parçaladıqdan sonra digər qonşu ölkələrə də təcavüz edə biləcəklər. Birincisi, Rusiya Ukraynada ilişib qalıb, müharibənin necə bitəcəyi məlum deyil və bu müharibənin nəticələri gələcəkdə Rusiyanın özünə ciddi problemlər yaradacaq, mərkəzdənqaçma meyilləri güclənəcək. İkincisi, indi 1920-ci və ya 1930-cu illər deyil ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini rahatlıqla işğal edə biləsən. Türkiyə Azərbaycanın strateji müttəfidir. Azərbaycana hücum edən dövlət qarşısında Azərbaycan Ordusu ilə yanaşı, Türkiyəni də görəcək. ABŞ bölgədə “Tramp yolu”nu reallaşdırmağa başlayacaq. ABŞ həm bu yolun, həm də yolun keçdiyi ölkələrin təhlükəsizliyinə diqqəti artıracaq”.

Tarix
2026.01.22 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

“Amnesti İnternəşnl”ın bəyanatı əsassızdır - QAİ

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla