Yuxarı

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr apardıqdan sonra jurnalistlərin suallarına cavab verib. İranlı nazir jurnalistlər vasitəsilə Tehranın mesajını çatdırmaq istəyib. “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” – bu iranlı diplomatın səsləndirdiyi əsas mesaj olub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“İran rəsmiləri hər zaman deyirlər ki, ABŞ İrana zərbə vurarsa, İran da Amerikanın bölgədəki hərbi bazalarına zərbələr endirəcək. ABŞ-ın Azərbaycanda hərbi bazası yoxdur, ancaq iki ölkə arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır. Ancaq iranlı diplomatın sözlərindən belə çıxır ki, İranda müharibə nəticəsində sabitlik pozularsa, Tehran qonşu ölkələrə problem yaradacaq. Bu açıq-aşkar təhdiddir”, - o qeyd edib.

Politoloq vurğulayıb ki, iranlı diplomat bunun ardınca “bəzi region ölkələrinin bunu başa düşdüyünü və bu təhlükə haqda ABŞ rəhbərliyini xəbərdar etdiyini” deyib:

“ABŞ Prezidenti Donald Trampı İrana zərbə vurmaqdan çəkindirməyə çalışan 4 dövlət – Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman olub. Ancaq ABŞ Prezidenti Donald Tramp bu haqda suala cavab verərkən, İrana zərbə endirməmək qərarını öz mülahizələrinə görə ertələdiyini deyib. İranlı diplomat bölgə ölkələrinin ABŞ prezidentinin qərarına təsir etdiyini və bu amilin müharibə təhlükəsini sovuşdurduğunu vurğulasa da, Ağ Ev sahibinin təlimatıyla Amerikanın bir neçə hərbi gəmisi İran sahillərinə yaxınlaşıb. Yəni İranla bağlı təhlükə hələ sovuşmayıb”.

Tarix
2026.01.24 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla