Yuxarı

Feysbuk Gülənin maraqlarını qoruyur - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ağ Yol" Vətəndaş Hərəkatı Feysbuk sosial şəbəkəsilə bağlı bəyanat yayıb.

Axar.az-ın məlumatına görə, hərəkatın Feysbuk səhifəsində yaydığı bəyanatında bildirilir ki, inkişaf etmiş Qərb dövlətlərinin laboratoriyalarında yaradılan sosial şəbəkələr dünya ictimaiyyətinə azad, demokratik məkan kimi təqdim edilsə də, əslində onların siyasi güclər tərəfindən idarə olunduğu heç kəsdə şübhə doğurmur.

"Narıncı inqilabların", "ərəb baharının", digər iğtişaş və qiyamların reallaşmasına təkan verən, qığılcımların alovlanmasında katalizator rolunu oynayan sosial şəbəkələri idarə edənlər sanki hər bir ölkə üçün spesifik fəaliyyət planları hazırlayıblar.

"Məqsəd hakimiyyətlə xalq arasında bağlılığı zəiflətmək, dövlətin sütunlarını laxlatmaq, Şərqi, xüsusilə də müsəlman ölkələrini gözdən salmaq və prosesləri Qərbin maraqlarına uyğun şəkildə idarə etməkdir" –bəyanatda bildirilir.

Hərəkat bəyan edir ki, sosial şəbəkələrin bu cür qərəzli fəaliyyəti Azərbaycandan da yan keçməyib: "Aparılan müşahidə və təhlillər göstərir ki, son vaxtlar Azərbaycanda dövlətçilik ideyalarını dəstəkləyən, xaricdən gələn qeyri-ənənəvi cərəyanların fəsadlarını açıb göstərən Feysbuk səhifələrinin fəaliyyətinə heç bir əsas olmadan ciddi maneələr yaradılır. Xüsusilə, Fətullah Gülən terror təşkilatı (FETÖ) tərəfindən Türkiyədə həyata keçirilən hərbi qiyam cəhdi və ondan sonrakı proseslərlə bağlı operativ paylaşımlar edən, bu terror şəbəkəsinin fəaliyyətini ifşa edən səhifələrin fəaliyyəti Feysbuk tərəfindən məhdudlaşdırılıb. Eyni tendensiya bu ilin aprel ayında cəbhə bölgəsindəki hərbi əməliyyatlar zamanı da baş vermişdi. Feysbuk o zaman da Azərbaycanda ən aktiv səhifə, qrup və profillərin cəbhə bölgəsindən olan xəbərləri paylaşmalarına əngəl yaradırdı. Bəyan edirik ki, özünü azad sözün, fikir müxtəlifliyinin məkanı sayan Feysbuk sosial şəbəkəsinin bu hərəkəti heç bir çərçivəyə sığmır və onun siyasi güclərin əlində alət olması barədə şübhələri daha da gücləndirir".

"Ağ Yol" Azərbaycanda ən aktiv səhifə, qrup və profillərin Feysbuk tərəfindən əsassız təqib edilməsini pisləyir və sosial şəbəkə rəhbərliyindən bu kimi halların aradan qaldırılması üçün təcili tədbirlərin görülməsini tələb edir.

Tarix
2016.08.26 / 15:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla