Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2019


Bu gün 4 QHT-nin şikayətinə baxılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.

Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2014-cü il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 4 QHT-nin şikayətinə baxılıb.

Komissiya üzvləri - Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Şura üzvü Vüqar Qədirov, Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev və Katibliyin baş məsləhətçisi Fərid Rüstəmov müsabiqə nəticələri ilə bağlı müraciət etmiş 5 təşkilatdan 4-nün təqdim etdiyi layihələrlə əvvəlcədən tanış olduqlarını bildiriblər.
Apelyasiya komissiyasına müraciət etmiş 5 təşkilatdan 4-ü iclasda iştirak etmiş və onların şikayətinə baxılmışdır.

Onlar aşağıdakılardır:

1. Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi
2. Milli Paralimpiya Komitəsi
3. Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyi
4. Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi

Qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilərək onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılmışdır.

Komissiya üzvləri hər bir şikayət üzrə ayrılıqda qərar qəbul ediblər. Milli Paralimpiya Komitəsinin təqdim etdiyi layihənin ideyasının əhəmiyyətini nəzərə alaraq mövcud çatışmazlıqları aradan qaldırmaqla Şuranın növbəti maliyyə yardımı müsabiqəsinə təqdim etməsi tövsiyə edilib. Digər 3 QHT-nin təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqqında Şuranın qərarı isə qüvvədə saxlanılıb.

Komissiya üzvləri layihələr üzrə yerinə yetiriləcək fəaliyyətlərin ictimai baxımdan aktual və konkret olmasının vacibliyini QHT nümayəndələrinin diqqətinə çatdırıblar. İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı da vurğulanıb.

Tarix
2014.03.04 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azay Quliyev seçiciləri ilə görüşdü - Foto

Fuad Qəhrəmanlının xanımını döyməsi ilə bağlı - Fotofakt

Pompeonun Əliyevə məktubunda iki mühüm məqam

Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə - Video

Selcanı müdafiə etdik, elə təhqirlər yazdılar ki... – Cəfəroğlu

Qəhrəmanlının “ailə məsələsi” niyə ictimailəşdi?

Ermənilər Bakıda meydan sulayır: DİN-ə müraciət edildi

Fuad Qəhrəmanlının qızı canlı yayımda hər şeyi açıqladı - Video

Zümrüd Yağmur boşanmaq üçün məhkəməyə müraciət etdi

Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla