Yuxarı

İranın Azərbaycandakı hücrələri: Xəbərdarlıq mesajları...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Azərbaycandakı hücrələri: Xəbərdarlıq mesajları...

İranın Naxçıvan hücumu rejimin Azərbaycana qarşı təhdidlərin praktiki müstəvidə icrasının başlanğıcı kimi qəbul oluna bilər və təxribatların müxtəlif istiqamətlərdə davam edəcəyi də istisna edilməməlidir.

Əsas istiqamətlərdən biri də İran rejiminin Azərbaycan daxilindəki hücrələridir. SEPAH tərəfindən yaradılmış “Hüseyniyyun” qruplaşmasının koordinasiya etdiyi bu hücrələr 2015-ci il Nardaran, 2018-ci il Gəncə hadisələrindən sonra böyük ölçüdə sıradan çıxarıldı. Rejim Azərbaycanda əvvəlki gücünü bərpa edə bilməsə də, hələ də müəyyən hücrələr qalır, həlledici məqamlarda informasiya müstəvisində aktivləşmələri də bunu deməyə əsas verir. (Söhbət inanclı şiələrdən yox, Xomeyniçiliyə biət edənlərdən gedir). İranda ilin əvvəlində başlanan etirazlarda, hazırda davam edən müharibədə və rejimin Naxçıvana hücumuna reaksiyalarda bunu aydın görmək mümkündür.

İrana xidmət edənlər indi heç olmadıqları qədər təhlükə mənbəyinə çevrilib, çünki “ölüm-qalım” mübarizəsi aparan rejim total müharibə məntiqi ilə bütün regionu xaosa sürükləməyə çalışır. Bunu hava hücumları ilə edirlərsə, qarşıdakı günlərdə hücrələri hərəkətə gətirərək, müxtəlif təxribat planları da həyata keçirə bilərlər. Naxçıvana hücumdan öncə İran rejiminə bağlı olanların Vatsap üzərindən yaydıqları “xəbərdarlıq” mesajları – “Azərbaycanın ABŞ-İsrail hücumlarında iştirak edəcəyi, xalqımızı qırğına verəcəyi” iddiaları da bu kontekstdə diqqət çəkir. Cəmiyyət olaraq, daha ayıq olmalıyıq!

Tarix
2026.03.06 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

ABŞ-dan vətəndaşlarına Naxçıvanla bağlı çağırış

Bu ölkənin İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək

TDT baş katibindən Naxçıvana hücuma reaksiya

Avstriyalı nazir də Bayramova zəng etdi

Daha bir ölkədən Naxçıvana hücumla bağlı bəyanat

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirdi - İrana mesaj

Naxçıvana hücum: Mirzoyan Bayramova zəng etdi

Bu ölkələrin Baş Qərargah rəisləri Vəliyevə zəng etdi

Naxçıvana dron hücumu ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla