Yuxarı

“Trampın yolu”nu təxirə salmaq niyyətimiz yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Trampın yolu”nu təxirə salmaq niyyətimiz yoxdur

Ermənistanın “Tramp yolu” layihəsinin həyata keçirilməsini təxirə salmaq üçün nə niyyəti, nə də səbəbi var.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, layihə İrəvanın qısa, orta və uzunmüddətli məqsədlərinə tam uyğundur və heç bir şəkildə respublikanın ərazi bütövlüyünü və yurisdiksiyasını şübhə altına almır:

“Ermənistan istənilən vaxt Kornidzor-Gorus-Keşişkənd-Arazdəyən marşrutu üzrə Azərbaycan və Türkiyə arasında, eləcə də Azərbaycanın şərq bölgələri ilə Naxçıvan arasında tranzit təmin etməyə hazırdır. Lakin nə Bakı, nə də Ankara hələlik bu təklifi qəbul etməyib, bəlkə də bunun “Tramp yolu” layihəsinin həyata keçirilməsinə təsir göstərə biləcəyindən ehtiyat edirlər. Bu təklif “Tramp yolu” sazişini gecikdirmək və ya mane olmaq məqsədi daşımır. Mən bunu rəsmi olaraq bildirirəm. Bu təklifi ona görə irəli sürdük ki, Ermənistana çatdırılma üçün özümüz Azərbaycanın dəmir yolu sistemindən istifadə edirik”.

O qeyd edib ki, Ermənistan həmçinin Naxçıvan üzərindən dəmir yolu xidmətinin bərpa olunmasını gözləyir, çünki dağlıq ərazi ölkənin cənubu ilə şimalı arasında dəmir yolu əlaqəsinin təşkili üçün başqa bir yol yaratmağa imkan vermir.

Paşinyanın sözlərinə görə, bu kontekstdə Ermənistan və Azərbaycanın kommunikasiyaları əngəldən çıxarmaq niyyətləri bir-birinə zidd deyil və hər iki tərəfin maraqlarına xidmət edə bilər. O, gələcəkdə Azərbaycanın da Ermənistan ixracatının istiqamətlərindən birinə çevriləcəyinə ümid etdiyini bildirib.

Tarix
2026.03.11 / 17:13
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla