Yuxarı

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Avropa Birliyi Şurasının sabiq prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan münasibətləri, rəsmi Bakı ilə Brüssel arasındakı əməkdaşlıq və regionun enerji təhlükəsizliyindəki rolu barədə eksklüziv müsahibə verib.

Axar.az Teleqraf-a istinadla müsahibəni təqdim edir:

- Bakı ilə Brüssel arasındakı yeni sazişin perspektivləri necədir?

- Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana son səfəri prioritetləri müəyyən etmək baxımından mühümdür. Bəzi məsələlərdə fərqli baxışlarımızın olması normaldır, lakin bu, ortaq maraqlar çərçivəsində tərəfdaşlığa maneə törətməməlidir.

- Cənubi Qafqazdakı cari prosesləri necə xarakterizə edirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın atdığı addımları təqdirəlayiq hesab edirəm. Mövcud çətinliklərə rəğmən, sülh sazişi ilə bağlı razılığa gəlmək böyük cəsarət tələb edirdi. Bu prosesi qətiyyətlə dəstəkləyirəm, çünki əldə olunacaq yekun sənəd bölgədə iqtisadi inkişaf və nəqliyyat əlaqələrinin bərpası üçün fundamental zəmin yaradacaq. Sabitlik artdıqca, xalqların rifahına xidmət edən layihələrin sayı da çoxalacaq.

- Beynəlxalq təşkilatlar sülhə töhfə verə bilirmi?

- Etiraf etmək lazımdır ki, hazırda BMT sistemi effektivliyini itirib, Təhlükəsizlik Şurası isə bloklanmış vəziyyətdədir. İkili standartlar dünyada qarşılıqlı etimadı sarsıdır. BMT-nin gələcəyi ilə bağlı bədbin olsam da, regional təşkilatlara ümidim böyükdür. Yerli qurumlar bölgənin tarixini, mədəniyyətini və reallıqlarını daha yaxşı bildiyi üçün münaqişələrin həllində və investisiya layihələrində daha uğurlu ola bilərlər.

- Azərbaycanın Avropanın enerji təminatındakı rolunu necə dəyərləndirirsiniz?

- Enerji həm sənaye rəqabəti, həm də təhlükəsizlik deməkdir. Bu sahədən təzyiq vasitəsi və ya şantaj obyekti kimi istifadə edilməsi yolverilməzdir. Məhz buna görə də Avropa asılılığı azaltmaq üçün tədarükü şaxələndirməlidir. Azərbaycan bu məqamda proqnozlaşdırıla bilən və sabit tərəfdaş kimi mühüm strateji əhəmiyyət kəsb edir.

Tarix
2026.03.12 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla