Yuxarı

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi "L-39NG" təklif edib.

Axar.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Baş nazir qeyd edib ki, əgər Azərbaycan bunu dəyərləndirsə, Çexiya tərəfi çox şad olar:

"Aero Vodoxodı" şirkəti köhnəlmiş "L-39" təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni "L-39NG" təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq".

A.Babiş xatırladıb ki, "Kolt" şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir:

"Şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır".

O bildirib ki, səfərə ən mühüm Çex şirkətlərinin nümayəndələri gəlib və bütövlükdə nümayəndə heyətində 50 şirkət təmsil olunub:

"Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. "ŞKODA Daşımalar" ölkəmizin, bəlkə də ən iri iqtisadi "PPF Qrupu"nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır".

Tarix
2026.04.27 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla