Yuxarı

Sumqayıtda mərmi aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 20-də Sumqayıtda qazıntı işləri aparılan ərazidə bir təhlükəli əraziyə baxış keçiriblər. Bu zaman bir partlamamış hərbi sursat - 122 millimetrlik top mərmisi (OF-462) aşkar edilərək götürülüb. Gün ərzində 100 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, aprelin 7-dən sentyabrın 20-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3481 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç "POMZ-2", bir "OZM-72" və tank əleyhinə 41 mina aşkarlanaraq zərərsizləşdirilib.

Tarix
2016.09.20 / 20:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla