Yuxarı

Türkmənistanın azərbaycanlı naziri ilə görüş - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Xarici İşlər naziri Rəşid Meredov ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa enerji, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələsi də müzakirə mövzularından biri olub.

Nazirlər Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd ediblər. Bu xüsusda tərəflər üçtərəfli formatda energetika nazirləri və xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin gündəliyini müzakirə ediblər.

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci Sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Səlahəddin Rəbbaniylə də görüşüb. Görüş zamanı Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri, terrorizmə qarşı mübarizə və digər qarşılqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Meredov Türkmənistan hakimiyyətində ən güclü siyasətçilərdən hesab edilir. O, 2001-ci ildən xarici işlər naziri vəzifəsini yerinə yetirir.

Meredovun anası azərbaycanlıdır.

Tarix
2016.09.22 / 12:04
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla