Yuxarı

Aİ Regional Komitəsi bəyanat yaydı - Referendum

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumunu müşahidə etmək üçün Azərbaycana səfər etdi və səsvermə günü səsvermə prosesini izlədi.

Axar.az xəbər verir ki, bu sözlər Azərbaycanda Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il Ümumxalq səsverməsini (Referendumu) izləyən Avropa İttifaqi Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun bəyanatında yer alıb.

Bəyanatda deyilir:

"Müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırdı, ümumxalq səsverməsi günü, 26 sentyabrda, 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izlədi.

Müşahidə qrupu araşdırmalar və müşahidələr əsasında aşağıdakı nəticələrə gəldi:

– Referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib.

– Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir.

– Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi oldular.

– Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi.

– Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi.

– Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə etdilər.

– Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi oldular.

Beləliklə, belə bir nəticəyə gəlirik ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir.

Qeyd edək ki, Aİ Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun üzvləri Pauliina Haijanen (Finlandiya), Müürsepp Kurmet (Estoniya), Sukles Urmas (Estoniya) və Ltviyadan Dainis Turlaisdir.

Tarix
2016.09.27 / 16:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla