Yuxarı

Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 600-dən çox sürücü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək taksi fəaliyyəti üçün icazələr əldə edib.

Bu barədə Axar.az-a AYNA-dan bildirilib.

Məlumata görə, uzun illərdən sonra taksi fəaliyyəti üçün icazələrin (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alınmasına başlanılıb.

İcazələrin verilməsi AYNA tərəfindən yaradılan AYNA informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər bu linkə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Tarix
2024.05.07 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı

Zakir Həsənov Afyoncu ilə görüşdü - Video

Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla