Yuxarı

Bakı və Minsk 18,9 milyonluq müqavilə imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunun yekunları üzrə 18,9 milyon dollar dəyərində müqavilələr imzalanıb.

Axar.az xəbər verir ki, bu barədə Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov jurnalistlərə açıqlamasında bildirib.

M.Myatlikovun sözlərinə görə, ümumilikdə 12 sənədə imza atılıb, onlardan üçü onlayn şəkildə qəbul olunub.

"Razılaşdığımız kimi, biz Azərbaycandan olan tərəfdaşlarımızı iyunda keçiriləcək "Belagro" sərgimizdə gözləyirik. Onlar iştiraklarını təsdiqləyiblər. Biz isə onların mayın 13-dən 16-dək "Caspian Agro" beynəlxalq sərgisində iştirak edəcəyik. Belarusdan olan 17 müəssisə artıq öz ərizələrini təsdiqləyib və onlar Bakıda yeni məhsullarını təqdim edəcəklər", - o deyib.

O qeyd edib ki, forum zamanı Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum, "Mostovdrev" və "Sosna" şirkətləri arasında məhsul tədarükünə dair üç müqavilə, "Kamvol" və "Smart Style" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Spartak" və "AZNUR" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, “Borkof-Aqro” MMC ilə “Stapri-Azərbaycan” MMC arasında rezin lövhələrin tədarükünə dair niyyət sazişi, “BelOMO” holdinqinin “LEMT” Elmi-Texniki Mərkəzi ilə “Azərbaycan Milli Aviasiya Akademiyası Hava Yolları” QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bundan əlavə, forum çərçivəsində “Belşina” ASC, “Azərtexnika” MMC və “Azbelşin” MMC arasında 2025-2026-cı illərdə regiona şin məmulatlarının tədarükünü nəzərdə tutan əməkdaşlıq memorandumuna imza atılıb.

Tarix
2025.05.05 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı

Zakir Həsənov Afyoncu ilə görüşdü - Video

Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla