Yuxarı

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbərinin keçmiş müşaviri Ceyms Rikards Rusiya, Çin və ABŞ-ın aralarında “poker oynadıqlarını” bildirib. Onun fikrincə, bu oyunda ikisi digərinə qarşı mübarizəni koordinasiya edir. Həmin iki oyunçunun məqsədi üçüncünü oyundankənar vəziyyətə salmaqdır. Keçmiş müşavir bu oyunda fəaliyyətlərini koordinasiya edən iki oyunçunun adını çəkməsə də, söhbətin Rusiya və Çin birliyindən getdiyi aydındır. Çünki Rusiya ABŞ-la Çinə qarşı, Çin isə ABŞ-la Rusiyaya qarşı oyun qurmaz.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” AM-in analizində bildirilib.

“Əlbəttə, Vaşinqton çox istəyərdi ki, Çin ABŞ-la birgə Rusiyaya qarşı mübarizə aparsın. Ancaq bu, Vaşinqtonun hazırki siyasəti baxımından mümkün deyil. Ağ Ev sahibi Donald Tramp Çin iqtisadiyyatına qarşı sərt qərarlar qəbul edib, üstəgəl, Tayvan məsələsinə görə iki ölkə arasında münasibətlər gərgindir. Belə vəziyyətdə Vaşinqtonun Pekinlə də Moskvaya qarşı səylərini birləşdirməsi mümkün deyil.

MKİ-in keçmiş müşavirinin bir başqa açıqlaması da maraqlıdır. Onun sözlərinə görə, dünya adı çəkilən üçlük arasında bölüşdürülüb: “Digər ölkələr ya bu üçlükdən birinin müttəfiqləridir, ya da ikinci dərəcəli ölkələrdir”. Bu yanaşma Soyuq müharibə illərini xatırladır. O zaman da dünya ölkələrinin bir qismi ABŞ və keçmiş SSRİ arasında bölüşdürülmüşdü, digərləri isə hər ikisindən eyni məsafə saxlayırdılar.

“Dünya yenidən bölüşdürülür” fikri son zamanlar təlqin olunur. Keçmiş müşavirdən əvvəl ABŞ-ın nüfuzlu dərgilərindən biri də “dünya böyük dövlətlər arasında bölüşdürülür” tipli məqalə dərc etmişdi. Bu yanaşma daha çox amerikalı ekspertlər tərəfindən səsləndirilir. Maraqlıdır ki, bu yanaşma Rusiya və Çin ekspertlərinin narazılığına səbəb olmur. Görünür, “dünya bölüşdürülür” yanaşması Moskva və Pekinin də istəyinə cavab verir. Çünki əgər “dünya bölüşdürülürsə”, ABŞ-la yanaşı Rusiya və Çin də müxtəlif bölgə və ölkələrə iddia edə, təsir dairələrini artıra bilərlər”, - təhlildə vurğulanıb.

Tarix
2025.05.05 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı

Zakir Həsənov Afyoncu ilə görüşdü - Video

Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla