Yuxarı

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Cənubi Qafqazda nüfuz uğrunda mübarizənin gücləndiyi bir zamanda ABŞ-ın region ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlikləri uzun müddətdir ki, səfir olmadan fəaliyyət göstərir.

Hazırda Cənubi Qafqazın hər üç ölkəsindəki ABŞ səfirliklərinə müvəqqəti işlər vəkilləri rəhbərlik edir.

Düzdür, iyunun əvvəlində ABŞ Prezidenti Donald Tramp Aleksandr Aldeni Azərbaycanın ABŞ-dakı yeni səfiri vəzifəsinə namizəd irəli sürüb. Onun namizədliyi artıq Senata da təqdim edilib.

Bununla belə, məsələnin uzanması və regionun digər iki ölkəsində də anoloji vəziyyətin hökm sürməsi istər-istəməz sözügedən məsələ ilə bağlı müəyyən suallar doğurur.

Axar.az xəbər verir ki, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov Bakupost.az-a açıqlamasında regionun hər üç ölkəsində yaşanan anoloji vəziyyətin bu istiqamətdə müəyyən düşüncə və şayiələrin yaranmasına səbəb olduğunu deyib.

“ABŞ-ın başı bilirsiniz ki, son zamanlar Yaxın Şərqdəki və Ukraynadakı müharibələrə ciddi şəkildə qarışıb. Bir çox mütəxəssislər sözügedən 3 ölkəyə Ağ Evin səfir təyin etməməsini məhz yuxarıda qeyd edilən səbəblə əlaqələndirirlər. Amma bu müharibələrin səfirlərin təyinatına təsiri ciddi səbəb kimi qiymətləndirilə bilməz. Çünki müharibə məsələsilə əsasən digər qurumlar məşğul olur. Səfir təyinatının gecikməsində digər səbəb isə Azərbaycanla Ermənistan arasında müharibədən sonra regionumuzda yeni reallıqların yaranması ilə bağlı ola bilər”, - Ə.İbrahimov bildirib.

Bütün hallarda ekspert hesab edir ki, əsas səbəb təyinat prosesinin uzanmasıdır:

“ABŞ-da səfir təyinatı uzun müddətli prosesdir. Təyin olunan səfirlər Senat və Konqres tərəfindən təsdiqlənməlidir”.

Ekspert həmçinin qeyd edib ki, mövcud vəziyyətin yaranmasında ABŞ-ın regionla bağlı yeni prioritetlərinin meydana gəlməsi də rol oynaya bilər:

“Cənubi Qafqaz 5-10 il əvvəllə müqayisədə hazırda ABŞ-ın daha çox diqqət mərkəzindədir. Bəlkə də ABŞ bu yöndə prioritetlərini tam müəyyənləşdirmədiyindən səfir təyinatları gecikir. ABŞ bu üç Qafqaz ölkəsinə elə şəxsləri səfir təyin etmək istəyir ki, onlar gələcəkdə bir-birilə dil tapsın və fəaliyyətləri bir-birini təkzib etməsin. Yəni Ağ Ev bu ölkələr üçün eyni siyasi xətti həyata keçirməyi düşünür. Ona görə də bu siyasi xətti daşıyacaq səfirlərin düzgün seçilməsi ciddi məsələdir. ABŞ həmçinin, təyin olunacaq səfirlərin həmin ölkələrin siyasəti, mədəniyyəti və dillərini də bilməsinə üstünlük verir. Bu səbəbdən yəqin ki, hələlik uyğun namizəd tapmayıblar”.

Tarix
2026.07.01 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla