Yuxarı

Bakı və Sofiya arasında mühüm görüş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Sofiya arasında mühüm görüş

Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, "Orduda daxili təhlükəsizliyin təmin edilməsi üzrə işçi görüşü" keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqlar səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimovla görüşüb.

Görüş zamanı Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olan nümayəndə heyəti Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevlə görüşüb.

Qonaqlara Hərbi Polis İdarəsinin yaranma tarixi, fəaliyyəti, əsas vəzifələri və icra etdiyi funksiyalar barədə ətraflı məlumat verilib.

Həmçinin növbəti illərdə hər iki ölkənin hərbi polis heyətlərinin müştərək təlimlərdə iştirak perspektivləri görüşdə müzakirə olunub.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Görüşlərdə qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Tarix
2026.07.01 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla