Yuxarı

Sülhə nail olunub - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülhə nail olunub - İlham Əliyev

Azərbaycan üçün sülh artıq reallıqdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə mətbuata bəyanatla çıxış edərkən bildirib.

O qeyd edib ki, Ursula Fon der Leyenlə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması proseslərindən söhbət ediblər:

"Faktiki olaraq sülhə nail olunub. Biz artıq bunun xeyrini görürük. Biz sülhün kağız üzərində olmadığını nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atdıq".

Prezident xatırladıb ki, Azərbaycan öz ərazisindən Ermənistana malların göndərilməsi üçün bütün məhdudiyyətləri aradan qaldırdı. İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistana neft məhsulları, o cümlədən benzinin ixracına başlayıb:

"Bir sözlə biz nümayiş etdiririk ki, bizim üçün sülh artıq reallıqdır. Biz sülh şəraitində yaşamağı öyrənirik, çünki biz 30 il ərzində işğal altında yaşamışıq. Biz sülhü gücləndirmək üçün əlimizdən gələni etməliyik ki, o əbədi sülh olsun".

Tarix
2026.07.01 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla